Reklam
Azərbaycanda növbəti hərbi xidmətə çağırış təxirə salına bilər? - AÇIQLAMA
13-03-2020 18:47
Koronavirus təhlükəsinin yayıldığı bir sıra ölkələrdə, o cümlədən qonşu Gürcüstanda hərbi xidmətə çağırış müvəqqəti təxirə salınıb. Digər ölkələrdə bu addımın atılması Azərbaycanda da yaxınlaşan növbəti hərbi xidmətə çağırışın müvəqqəti təxirə salınması barədə təkliflər ortaya atılıb.Dalidag.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə, məsələ haqqında qərar Xidmətin səlahiyyətlərinə aid deyil:
““Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizin vətəndaşları müddətli həqiqi hərbi xidmətə ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah fəaliyyət göstərir.
Lakin bildirmək istərdik ki, vətəndaşların müddətli həqiqi xidmətə çağırış prosesinin təxirə salınması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid deyil”.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Sərəncama görə, 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 13-03-2020 18:47
Baxış sayı: 4612Yazı axını
17 / 06 / 2026
16 / 06 / 2026
16 / 06 / 2026
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
Ən çox oxunanlar





























