Reklam
Tağıyevin heykəlinin açılışı təxirə salındı
12-03-2020 11:20
Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salınıb.Dalidag.az bildirir ki, bunu report-a H.Z.Tağıyevin heykəlini hazırlayan xalq rəssamı Xanlar Əhmədov bildirib.
Onun sözlərinə görə, Bakının mərkəzində - metronun “İçərişəhər” stansiyasının qarşısında ucaldılacaq heykəl hazırda emalatxanadadır və tuncdan tökülüb:
“Heykəlin açılışı təxirə salınıb. Bilirsiz ki, koronavirusla bağlı Azərbaycanda kütləvi tədbirlər, o cümlədən Novruz bayramı şənlikləri ləğv edilib. Bu səbəbdən heykəlin açılışının dəqiq vaxtı bilinmir. Eyni zamanda postamentin tikintisinə də başlanılmayıb. Hesab edirəm ki, koronavirusla bağlı gərginlik azalandan sonra işlər sürətlənəcək və may ayında yekunlaşacaq. Əgər virus yayılmasaydı, onunla bağlı belə gərgin durum yaranmasaydı, Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı Novruz bayramına planlaşdırılmışdı. Mən də bütün qrafikimi ona uyğunlaşdırmışdım. Amma hər şey təxirə salındı”.
Qeyd edək ki, Prezident İlham Əliyev martın 11-də Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, ötən il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirilmişdi. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə tərəfindən Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirilmişdi.
Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan etmişdi. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olmuşdu.
Dalidag.az
Kateqoriya: Mədəniyyət
Tarix: 12-03-2020 11:20
Baxış sayı: 3654Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























