Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da stifadə etməklə sutka ərzində atəşkəs rejimini 32 dəfə pozub. Dalidag.az xəbər verir ki, Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Fərəhli,

Kəlbəcər rayonunda olan dağ qalaları içərisində ən əzəmətlisi Lev qalasıdır. Dalidag.az -ın məlumatına görə Qala Qanlıkənd kəndi ərazisində Lev çayının sağ sahilindən 600 metrə yaxın məsafədə meşəli uca dağ belində salınmışdır. Üç tərəfdən sıldırım qaya və uçurumlarla əhatə olunmuş qalanın uzunsov, dağ relyefinə uyğun mürəkkəb plan quruluşu var. Yalnız şimal-qərb tərəfdəki dar cığırla qalanın şimal-şərq ucundakı tək giriş qapısına qalxmaq olur. Qalanın içərisinin uzunluğu 90 metrə yaxın, eni

Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) – Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Ədliyyə, azadlıq, təhlükəsizlik, insan hüquqları və demokratiya üzrə alt komitənin 8-ci iclası keçirilib. İclasda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini Hüquq sektorunun müdiri Ziya Məmmədov təmsil edib. O, “Miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi” mövzusunda keçirilən müzakirələrdə daxili yerdəyişmə məsələləri barədə çıxış edib. Z.Məmmədov beynəlxalq təcrübəyə,

Qarabağ Azadlıq Təşkilatı, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi, Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyi, Jurnalistlər Ekstremal Şəraitdə İctimai Birliyi torpaqlarımızın işğal altında qalması, şəhidlərimizin sayının artması və digər məsələlərlə narahatçılıqlarını bildirərək, müharibənin başlanması tələbi ilə prezident İlham Əliyevə müraciət ediblər. Dalidag.az xəbər verir ki, bu barədə QAT Mətbuat Xidməti məlumat verib. Müraciətin mətnini təqdim edirik:

Azərbaycan Televiziyasının “Hədəf” verilişinin budəfəki qonağı Təhsil naziri Ceyhun Bayramov olub. Dalidag.az xəbər verir ki, nazir “Hədəf”də gündəmin aktual məsələsindən, koronavirus infeksiyası ilə əlaqədar olaraq təhsil ocaqlarında dərslərin dayandırılmasından danışıb. O, bildirib ki, hazırda məktəblərdə, universitetlərdə virusa qarşı önləyici tədbirlərin görülür, dezinfeksiya işləri aparılır və hazırda da bəzi təhsil müəssisələrində bu proses davam etdirilir. C.Bayramov həmçinin itirilmiş

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib. Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də vətəndaşların öz müraciət

Bu gün yeni çağırış Milli Məclisin ilk iclasında parlament sədri və vitse-spikerlər müəyyənləşib. Dalidag.az-ın məlumatına görə, Sahibə Qafarova Milli Məclisin sədri, Əli Hüseynli parlament sədrinin birinci müavini, Fəzail İbrahimli və Adil Əliyev isə vitse-spiker seçiliblər. Hakimiyyətin qanunverici qanadının yeni rəhbərliyinin tərcümeyi-halını təqdim edirik. Sahibə Qafarova 1955-ci ildə anadan olub. O, filologiya elmləri doktoru, professordur. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və

Bu gün Azərbaycan teatrının yaradılmasından 147 il ötür. Dalidag.az xatırladır ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü il martın 10-da Bakıda M.F.Axundovun “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub. Bu xəbəri “Qafqaz” jurnalından öyrənən M.F.Axundov Həsən bəy Zərdabiyə göndərdiyi məktubunda bunları yazmışdı: “Mən artıq qocalmışam və

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir. Dalidag.az xəbər verir ki, iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib. Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub. Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb. Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib. Sonra səsvermə olub və
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024