Reklam
Axundovun ömrünü 10 il “uzadan” xəbər...
10-03-2020 12:55
Bu gün Azərbaycan teatrının yaradılmasından 147 il ötür.Dalidag.az xatırladır ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü il martın 10-da Bakıda M.F.Axundovun “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub.
Bu xəbəri “Qafqaz” jurnalından öyrənən M.F.Axundov Həsən bəy Zərdabiyə göndərdiyi məktubunda bunları yazmışdı:
“Mən artıq qocalmışam və ölümümü gözləyirdim, amma bu xəbər mənim ömrümü 10 il uzatdı”.
Sonradan teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflis və İrəvanda da teatr tamaşaları təşkil ediblər.
1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaradıb. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı olub.
Bu gün respublikada 26 dövlət teatrı fəaliyyət göstərir. Paytaxt Bakı Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir.
Qeyd edək ki, Prezident İlham Əliyev 2013-cü il 1 mart tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.kult.az
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 10-03-2020 12:55
Baxış sayı: 3635Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















