Azərbaycanda tədris ili uzadıldı - RƏSMİ

12-03-2020 13:59
Azərbaycanın ali məktəblərində tədris ilinin müddəti 15 gün uzadılıb.

Bu barədə Təhsil nazirinin müavini Firudun Qurbanov əmr imzalayıb.
Əmrdə qeyd edilib ki, buraxılış kursları istinsta olmaqla, digər tələbələrin dərsləri martın 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdirilsin.

***

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tədris ilini iyun ayınacan uzadıb.
Bu barədə universitetin rəsmi saytında məlumat dərc olunub.
Məlumatda deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına əsasən, koronovirus xəstəliyinin yayılmasının və yoluxma hallarının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Qeyd olunanları nəzərə alaraq və təhsil proqramlarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin rəhbərlərinə 11.03.2020-ci il tarixli, 03-03-436/15 nömrəli məktub ünvanlanıb.

Məktuba əsasən bildiririk ki:

Buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri mart ayının 27-də başlayacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam etdiriləcəkdir. Müvafiq olaraq imtahan sessiyasına ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilir və 15 iyun – 13 iyul tarixlərində keçiriləcək.
Sonuncu kurs tələbələrinin nəzəri təlim müdətinin başa çatdığını, onların hazırda təcrübədə olduğunu nəzərə alaraq müvafiq ixtisaslar üzrə sonuncu kursda təhsil alan tələbələrin tədris qrafiki dəyişmir, yəni dövlət attestasiyasının keçirilməsi iyun ayının sonuna qədər aparılacaqdır.

Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 12-03-2020 13:59
Baxış sayı: 4446
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını