Bu gün 2018 və 2019-cu illər Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülənlərin adları açıqlanıb. Dalidag.az xəbər verir ki, Polşalı yazıçı Olqa Tokarçuk 2018-ci il, avstriyalı yazıçı Peter Handke isə 2019-cu il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi olub. Qeyd edək ki, ötən il Ədəbiyyat üzrə Nobel mükafatının verilməsi mərasimi ləğv edilmişdi. Çünki mükafatla ilə bağlı olaraq yaranan qalmaqal səbəbindən bir çox jüri üzvü istefa vermişdi. Dalidag.az

Müasirləri böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuat və teatrımızın banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabinin (1842-1907) millət yolundakı tarixi xidmətlərini yüksək qiymətləndirərək onu “Qafqaz müsəlmanlarının atası”, “Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası”, “Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi”, “Müsəlmanlar arasında Avropa təhsili alan ilk azərbaycanlı” kimi epitetlərlə təqdir etmişdilər. Bu,

Dahilərin gündəlik həyatda, məişətdə və intim həyatda qəribəlikləri həmişə anlaqsız qarşılanıb. Çünki hamıya elə gəlir ki, onların tam qüsursuz və insanlar üçün nöqsansızlıq timsalı olmalıdır. Həqiqətdə isə bu qeyri-mümkündür – dahilər də bizim kimi insandır. 1. Onore de Balzak – kofe! Fransız ədəbiyyatının ən tanınmış siması Onore de Balzak əsl “qəhvə xəstəsi” imiş. O gün ərzində 50 fincana yaxın qəhvə içirmiş. Hələ bu azmış kimi yazıçı iri qəhvə dənələrini üzünü belə turşutmadan rahatlıqla

Hədəfə dəyməyən kəlməmiz hədər, "Qarabağ" sözünün əyarı yoxdur. "Qırmızı kitab"a düşən quş qədər Yurdsuz bir insanın dəyəri yoxdur. Dalidag.az Adil Cəmilin şeirlərini təqdim edir: Sevdim Zirvələr vətənin ucalığıdır, Görəndə qayalar səngərdi - sevdim. Qarşıma sərt yoxuş, düz yol da çıxdı, Düzü düzdə qoyub o sərti sevdim. Bir iş tutmadım ki, gözdən yayına, Tapındım bu yurdun haqqı-sayına. Mən ağız büzmədim Tanrı payına - Sevinc də, kədər də göndərdi - sevdim. Nə yaşaya bildim, nə də ölmədim,

Əksəriyyətin şeiriyyət yurdu kimi tanıdığı Kəlbəcər əslində cəmiyyətə təkcə şairlər, qələm adamları bəxş etməyib. Elm və digər sahələrdə nüfuz qazanmış, aid olduqları sahə üzrə onlarca gərəkli töhfələr vermiş kəlbəcərlimiz var ki, onlardan biri də bu gün doğum gününü qeyd edən Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikası, Monteneqro, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri Eldar

Rəfiq Zəka Xəndan Azərbaycan ədəbiyyatında fərqli dəst-xətti ilə seçilən sənətkarlardan idi. İstedadlı şair, ədəbiyyatşünas-alim və filosof R.Z.Xəndan XX əsr Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi Cəfər Xəndanın oğludur. Rəfiq Zəka Xəndan 1939-cu il iyunun 16-da Bakı şəhərində doğulub. 1962-ci ildə «Çağlayan» adlı ilk şeir kitabı nəşr olunub. «Axırı yaxşı olar» (1968), «Mənim əziz vəhşiciyim» (1970) musiqili komediyalarının, eyni zamanda, «Füzuli» və «Söyüdlər ağlamaz»

İstedadlar yurdu olan qədim Şuşada dünyaya göz açan Mir Möhsün Nəvvab Azərbaycan tarixinə alim və pedaqoq, şair və musiqişünas, rəssam və xəttat kimi daxil olub, zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri kimi tanınıb. Onun milli ənənələrə sıx bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir. Monumental və dekorativ sənət qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun işləri Şuşadakı Gövhər ağa

Rus şərqşünaslıq elminin atalarından hesab olunan Mirzə Kazımbəy və ya onun dünyada tanındığı adı ilə desək Aleksandr Kazımoviç Kazımbek 1802-ci ilin 22 iyulunda Rəşt şəhərində ruhani ailəsi olan Məhəmməd Qasımın ailəsində dünyaya göz açıb. Qazi təyin olunduğu üçün atası Dərbəndə köçür, burada Mirzə Kazımbəy yüksək səviyyədə dini təhsil alır. Hacı Qasımın Dərbənddəki nüfuzu ona xeyli açıq və gizli düşmənlər qazandırır, çar hökuməti onu suçlu hesab edərək bütün əmlakını müsadirə edir, özünü isə

Kəlbəcər dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə, Tərtər çayı vadisində, Kiçik Qafqaz dağlarında yerləşir. Rayon zəngin flora və faunaya malik təbiət muzeyidir. Kəlbəcər inzibati rayon kimi 8 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 3054 kvadrat kilometrdir. Rayona bir şəhər, bir şəhər tipli qəsəbə (İstisu) və 128 kənd daxildir. Dəlidağ, Keyti, Murovdağ, Kəpəz, Şərgi Göyçəgölü, Göyçənin Mıxtökən, Qarabağ yaylasının bir hissəsi Kəlbəcərin təbii sərhədləri tərkibindədir. Ən yüksək

15 oktyabr 1844-cü ildə anadan olan Fridrix Vilhelm Nitsşenin atası Prussiya kralı Fridrix Nitsşeyə sonsuz sədaqətli idi. Buna görə də oğlunun adını Fridrix Nitsşe qoydular. Nitsşe 5 yaşı olanda atası beyin qurumasından vəfat etdi. Nitsşenin uşaqlığı Naumburq şəhərində dul anası və qarımış bibilərinin əhatəsində keçdi. Taleləri qaralmış bu qadınların həyatı sonralar Nitsşe fəlsəfəsinin pessimizminə təsir edəcəkdi. 13 yaşında oxuduğu məktəbdə Nitsşenin ləqəbi çox yaxşı oxuduğuna görə "keşiş"
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024