Reklam

Kəlbəcərdən Serbiyaya gedən yol- Eldar Həsənov
10-10-2019 19:34

Qeyd edək ki, Eldar Həsənov 10 oktyabr 1955-ci il tarixində füsunkar Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olub. Doğma kənd məktəbində orta təhsil aldıqdan sonra Politexnik İnstitutunda təhsilini davam etdirən E.Həsənov, oranı fərqlənmə ilə bitirib elektronika mühəndisi ixtisasına yiyələnib. Bununla kifayətlənməyən sabiq prokuror, keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasında hüquqşünas ixtisası üzrə ikinci ali təhsil alıb. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi vəzifələrində çalışıb. Eldar Həssənov həmçinin, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun ilk rəisi olub. Müxtəlif illərdə daxili işlər nazirinin birinci müavini, Baş prokurorun birinci müavini vəzifələrini tutmuş E.Həsənov 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Baş prokuroru işləyib.
"İctimai qaydanın mühafizəsi işində əla xidmətlərinə görə" medalı ilə təltif olunan səfir, mütəşəkkil cinayətkarlıq, narkotizm, terrorizmə qarşı mübarizə üzrə 20-yə qədər kitabın, 100-dən artıq elmi işin müəllifidir. İnsan Hüquqları və Demokratiya üzrə Avropa Hüquqşünaslar Assosiasiyasının Administrativ Şurasının, Beynəlxalq Kriminologiya Cəmiyyətinin üzvü, Narkotizm, Alkoqolizm və digər asılılıqlar üzrə Beynəlxalq təşkilatın Direktorlar Şurasının vitse-prezidenti, Beynəlxalq Hüquqşünaslar İttifaqının sədr müavinidir. Cənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsidir.
Eldar Həsənov 28 mart 2013-cü il tarixindən indiyə kimi Azərbaycan Respublikasının Serbiya Respublikası, Monteneqro, Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiridir.
Sevinc QƏRİB
Dalidag.az
P.S.Dalidag.az ailəsi olaraq, Vətənə, dövlətə, dövlətçiliyə şərəf və vicdanla xidmət edən dəyərli Eldar müəllimi təbrik edir, ona can sağlığı, işlərində müvəffəqiyyət və uğurlar arzulayırıq.



Yazı axını
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
