Avstraliyada dünyaya gəlmiş bu körpə anadangəlmə qüsurla doğulub. Dalidag.az-ın xəbərinə görə, uşaq ikitərəfli makrostomiya ilə doğulub. Dünyada bu xəstəlik cəmi 14 nəfərdə mövcuddur. Buna görə də uşaq sanki hər zaman gülür. Valideynlər narahat olsalar da DNT testi hər şeyin normal olduğunu göstərib. Bir neçə ildən sonra isə bu qüsuru plastik əməliyyatla aradan qaldırmaq mümkün olacaq.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamının icrasına başlayıb. Dalidag.az xəbər verir ki, sərəncamın icrası Milli Məclisin deputatlarının, Ombudsmanın, Ədliyyə Nazirliyi yanında ictimai şuranın, insan hüquqlarının müdafiəsi təşkilatlarının, habelə KİV nümayəndələrinin iştirakı ilə Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində həyata keçirilir. Ədliyyə Nazirliyinin və

Bu gün Azərbaycanda Müstəqillik Günüdür. Dalidag.az xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. Müstəqillik Günü artıq iki ildir ki, işğaldan azad olunan torpaqlarda da qeyd olunur. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar İmperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Böhranlar şəraitində gender ayrı-seçkiliyinin, təlim və tədrisdə bərabərsizliklərin aradan qaldırılması – Azərbaycan nümunəsi” mövzusunda vebinarda çıxış edib. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikası və UNESCO-nun Əddis-Əbəbədəki ofisinin və Azərbaycanın UNESCO nəzdində Milli Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq vebinarın

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə, ata-baba yurdlarında yaşamağı, qurub yaratmağı planlaşdıran məcburi köçkünlərin fikir və duyğularının yer aldığı videoçarxlar hazırlayır. Vətən həsrəti bitən həmvətənlərimiz hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər. Qeyd ediblər ki, dövlət başçısının rəhbərliyi ilə məcburi köçkünlərin geri qaytarılması

Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin 25 mayda kosmosa ilk peykinin göndərildiyi barədə yaydığı xəbər mifdən başqa bir şey deyil. Dalidag.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında “Demokratik konsolidasiya” partiyasının sədri, Ermənistan Nəqliyyat və Rabitə Nazirliyi Aparatının İnformasiya və rabitə idarəsinin sabiq rəhbəri Suren Petrosyan deyib. O bildirib ki, söhbət Almaniyanın “Exolaanch” şirkətinin Transporter-5 proqramı çərçivəsində orbitə buraxılan İspaniyanın

ABŞ Prezidenti Co Bayden Azərbaycana yeni səfirin namizədliyini irəli sürüb. Dalidag.az xəbər verir ki, Prezident Bayden Mark Libbinin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini irəli sürüb. Qeyd edək ki, bu ilin iyulunda ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin səlahiyyət müddəti başa çatır. Nazir-müşaviri rütbəsinə malik olan Mark V. Libbi hazırda Vaşinqtonda, Milli Müharibə Kollecində çalışır. O, 2021-ci ilin iyununadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında

Çexiya hökuməti Ukraynaya Sovet istehsalı olan “Mi-24” tipli bir sıra hücum helikopterləri verib. Məlumata görə, bu, ötən həftələrin birində baş verib. Helikopterlərin sayı barədə məlumat verilmir. Qeyd olunub ki, Çexiyada cəmi 7 “Mi-24” helikopteri var idi. Dalidag.az

Sosial şəbəkələrdə Qarabağdakı rus sülhməramlısı ilə erməninin dialoqu gündəm olub. Dalidag.az xəbər verir ki, söhbət zamanı rus sülhməramlısı azərbaycanlılara qarşı döyüşdüklərini və buna görə pul aldıqlarını bildirib. “Həqiqəti desəm, inanmayacaqsınız. Bir ölü azərbaycanlı üçün 300 dollar alırıq. Amma pulun kim tərəfindən verdiyini deyə bilmərəm. Mən erməniyəm və mənim erməni pasportum var”, - deyə o bildirib. Ətraflı videoda./yenipress.az Dalidag.az

Bir neçə gündən sonra bu ilin ən böyük asteroidi Yer kürəsinin yanından keçəcək. Dalidag.az xəbər verir ki, bu barədə “Sayens Alert” məlumat yayıb. “Mayın 27-də “Empaye Steit Bildinq”dən dörd dəfə böyük olan nəhəng asteroid Yerə yaxınlaşacaq. “7335” adlanan asteroid təxminən 4 milyon kilometr məsafədə planetimizin yanından keçəcək. Bu, Yerlə Ay arasındakı orta məsafədən təxminən 10 dəfə çoxdur. Kosmik qayanın nəhəng ölçüsünün diametri 1,8 kilometrdir. Yerə nisbi yaxınlığını nəzərə alaraq, NASA
Yazı axını