X əbər verdiyimiz kimi, Laçın Beynəlxalq Hava Limanında hazırda mobilizasiya işləri aparılır. Dalidag.az xəbər verir ki, Laçın hava limanının tikildiyi ərazi – Qorçu kəndindən ən yeni görüntüləri təqdim edir.

Orduda “təmizləmə” həbslərlə müşahidə olunur. Məlumatlara görə, həbs edilənlərin böyük əksəriyyəti Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıqovun yaxın ətrafıdır. Son olaraq hərbi dairələrdə “şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıqov ətrafında halqanın daralması kimi izah edilir. Bildirilir ki, Nəcməddin Sadıqov vəzifədə olduğu dövrdə “şlyapa Zahid” təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və pul

Mingəçevirdə Kür çayında hərbçilərin olduğu qayıq batıb. Dalidag.az xəbər verir ki, hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb. Nəticədə qayıq batıb. Batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakı insanların köməyi ilə sahilə çıxarılıb. Qayığı əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub. Hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır./Unikal Dalidag.az

Laçın Beynəlxalq Hava Limanında hazırda mobilizasiya işləri aparılır. Dalidag.az xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib. Onun sözlərinə görə, hazırda ərazi təmizlənir: “Yaxın vaxtlarda ərazidə qazma işlərinə başlanılacaq: "Hava limanının 2024-cü ildə istifadəyə verilməsi gözlənilir". Xatırladaq ki, Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2021-ci ilin avqustun 17-də

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovla görüşüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində məqsədyönlü dövlət siyasətinin həyata keçirildiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi qeyd edilib. Görüşdə doğma yurda qayıdışa hazırlaşan məcburi köçkünlərin ölkəmizdə yeni

Cavid Qurbanovun səlahiyyətləri konkret sahə üzrə təyin olunmayıb. O, ümumi sahələrin kurasiyası ilə məşğul olacaq. Dalidag.az xəbər verir ki, bu barədə Buta.ws-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, mayın 24-ü rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini vəzifəsi ləğv edilərək, müavinlərin sayı isə 2-dən 5-ə qaldırılıb. Daha öncədən fəaliyyət göstərən iki nazir müavinindən (Rəhman Hümmətov, Rövşən Rüstəmov)

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının

“Ermənistan mətbuatının David Vardanyanın guya Azərbaycan hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı son bəyanatları Ermənistanın dezinformasiya yayılması üzrə düşmənçilik proqramını əks etdirir”. Dalidag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS, Pakistan) icraçı direktoru, ortaq gələcəyə malik cəmiyyət üçün Pakistan Araşdırma Mərkəzinin üzvü Xalid Taymur Əkrəm deyib. “Ermənistan rəhbərliyi Azərbaycanın başlatdığı regional əməkdaşlıq

Cəza müddəti hələ başa çatmamış məhkumlar Çeçenistandan olan “könüllülər”in tərkibində Ukrayna müharibəsinə göndərilib. Jurnalistlər Ukrayna kəşfiyyatının dərc etdiyi “könüllülər”in siyahısını və Rusiya məhkəmələrinin internet saytındakı qərarlarını müqayisə edib və bir neçə belə hala rast gəliblər. Onlardan biri dəfələrlə məhkum olunmuş Bexan Taysumovdur ki, o, 2022-ci ilin sonuna qədər dələduzluğa görə ümumi rejimli koloniyada cəza çəkməli idi. Məqalədə adı çəkilən digər məhbus Tamerlan

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayonundan olan l Qarabağ müharibəsi şəhidi Vilayət Rüstəmovun Göyçay rayonunda ailəsini və xatirə bulağını ziyarət etdi. Həbib Misirov Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi. Qeyd etdi ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və bu gün artıq həmin ərazilərdə
Yazı axını