İyunun 26-sı saat 20 radələrində minaya düşən, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanovun ayağı amputasiya edilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, İ. Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilmiş, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub. Hazırda həyatı üçün təhlükə yoxdur.

CNN Pentaqonun yaxın günlərdə Ukraynaya hava hücumlarına qarşı müdafiə sistemlərini göndərəciyini elan edəcəyindən xəbər tutub. Co Bayden administrasiyasının Kiyevə orta və uzaqmənzilli raketlərdən savayı, digər silah növləri ilə bağlı hərbi yardım planlarını açıqlayacağı gözlənilir. ABŞ prezidenti Cozef Bayden bir qədər əvvəl demişdi ki, Vaşinqton Kiyevə “daha müasir raket sistemləri və sürsatları” göndərməyi planlaşdırır. CNN xatırladır ki, Ukrayna hələ iki ay əvvəl Birləşmiş Ştatlardan

Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib. Dalidag.az xəbər verir ki, təbrikdə deyilir: "Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. Dalidag .az -ın məlumatına görə, Silahlı Qüvvələrin yaradılmasından 104 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. Azərbaycanda

Bu gün işğaldan azad edilmiş ərazilərə üçüncü müntəzəm avtobus reysimiz başlayır. Dalidag.az xəbər verir ki, bunu Füzuli şəhərinə bu gün ilk müntəzəm avtobus reysinin açılış mərasimində Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev deyib. O, bildirib ki, bu, yeni Bakı-Füzuli-Bakı maşrutudur: "Reyslər bu mərhələdə həftədə bir dəfə olmaqla şənbə günü təşkil olunacaq. Növbəti mərhələdə tələbatı təmin edərək reyslərin sayını artıracağıq. Bu da təhlillərdən asılı olacaq. Reys

“ATƏT-in Minsk Qrupunu müzakirə etmədik. Çünki, bu, fransa və amerikalı üzvlərinin təşəbbüsü ilə fəaliyyətini dayandırıb. Lakin postmünaqişə dövründəki həll prosesini müzakirə etdik. Bunun üçün baza Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatıdır. Mövcud olan və illər boyu nəticəsiz müzakirə olunmuş bütün məsələlər 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş hadisələrdən sonra öz aktuallığını itirdi”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı

İqtisadiyyat Nazirliyinin vəzifəli əməkdaşı vəfat edib. Dalidag.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin şöbə rəisinin müavini İlqar Əkbərli dünyasını dəyişib. O, uzun illər vergi orqanlarında rəhbər vəzifələrdə çalışıb. Mərhumun xəstəlik səbəbindən vəfat etdiyi bildirilir. Qeyd edək ki, baş vergi müşaviri olan İ.Əkbərli Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyinin tərkibinə daxil edilməmişdən əvvəl orada departament rəisi, beynəlxalq müqavilələr şöbəsinin müdiri vəzifəsini icra edib.

Kəlbəcər Rayon İcra Hakimiyyətininin başçısı Azər Qocayev növbəti vətəndaş qəbulu keçirib. Dalidag.az xəbər verir ki, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib və qəbula gələn Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin

Elşən Əzim Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Birinin gözəlliyi, zahiri görünüşü haqqında danışanda deyirlər ki, şəkil kimi adamdır. Bu ifadəni daha çox dünyadan köçmüş adamların bugünümüzə qalan fotolarına baxarkən işlədirlər. Belə çıxır ki, ən çirkin adam da öz doğmalarının yaddaşında gözəl qalır , və ya şəkildə gözəl düşmək istəyir. Yaxud özünün cavanlıq şəklini görəndə kimsə deyir ki, gör nə aslan vaxtlarım olub. Mən isə heç zaman belə düşünməmişəm. Bir sıra

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Ümümdünya Qaçqınlar Günü ilə bağlı bəyanat yayıb. Dalidag.az bildirir ki, səfirlikdən trend-ə verilən xəbərə görə, bəyanatda deyilir: "Tarixdə ilk dəfə olaraq, münaqişə, zorakılıq, insan haqlarının pozulması və təqiblərdən qaçmağa məcbur qalan insanların sayı son zamanlarda 100 milyonu ötüb. Bu say dünya əhalisinin 1%-dən çoxunu təşkil edir. Təkcə bu il, Ukraynada müharibə səkkiz milyon insanın ölkədən didərgin düşməsinə və 6.8 milyondan artıq
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024