Qurban Sadıqov (2-ci dərəcə Dövlət müşaviri Qurban Sadıqovun 60 illik yubileyinə dost sözü) Aparat strukturunda öz sahəsi üzrə aidiyyəti məsələlərin cavablandırılmasına hər an hazır olan təcrübəli dövlət qulluqçuları, məmurluq şərəfini qoruyan peşəkar kadrlar hər zaman məmnunluq doğurur. Ölkəmizdə “əmri yerinə yetirən” (“məmur” sözünün ərəbcə mənası belədir) icraçı məmur kadrların sayı on minlərlədir! Vəzifə borcunu vicdanla yerinə yetirən, dövlətə sədaqətlə xidmət edib halal zəhmətlə dolanan

Ukrayna ordusu bir neçə istiqamətdə rusların hücumlarını dəf edib. Dalidag.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib. "Xarkov istiqamətində işğalçılar əsas səylərini qoşunlarımızın irəliləməsinin qarşısını almağa yönəldiblər. Ukrayna əsgərləri artıq onuncu dəfədir ki, Dementyevka istiqamətində düşmənin hücumunu dəf ediblər. İndi düşmən tədarükünü artırır və şəxsi heyəti və hərbi texnikası ilə itki verən bölmələri tamamlamağa çalışır.

Bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov vəfat edib. Dalidag.az xəbər verir ki, ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilən 35 yaşlı qazi ötən gecə dünyasını dəyişib. Qeyd edək ki, Sabirabadın Qalağayın kənd sakini olan Vətən Müharibəsi qazisi E.Cəfərov özünü yaşadığı kənddə yandırmışdı.

"Kəlbəcərə getmişəm, yenə də gedəcəyəm. Çünki orada işim var”. Dalidag.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında şairə Nazilə Səfərli həbs olunması xəbərinə aydınlıq gətirərkən deyib. O, heç vaxt qanundan kənar addım atmadığını vurğulayıb: "Həbs çox ağır xəbərdir. Belə məlumatı yayanda mütləq adamın ailəsini nəzərə almaq lazımıdr. Ata-anası, ailəsi, balası, gəlini, qudası bu xəbəri eşidəndə nə yaşayacaqlar? Hətta həbs xəbəri düzgün olsa belə, ehtiyatlı davranmağı bacarmaq lazımdır.

Ukrayna Prezidenti hərbçilərə ölkənin cənubunu azad etmək üçün tapşırıq verib. Bu barədə “The Sunday Times” qəzetinə müsahibəsində Ukrayana müdafiə naziri Aleksey Reznikov deyib. Onun sözlərinə görə, prezident ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən komandanlıq qarşısında cənubdakı sahilyanı əraziləri azad etməyi əmr edib. “Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident komandanlıq qarşısında planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu xidməti vəzifəsinin yerinə yetirən zaman həlak olan kiçik çavuş 1990-cı il təvəllüdlü Tağıyev Novruz Tağı oğlu bu gün Tovuz rayonunda dəfn olunub. Dalidag.az bildirir ki, Novruz Tağıyevin nəşi Koxanəbi kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub. Vida mərasimində Tovuz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Xocavənd rayonu ərazisində yeni istifadəyə verilmiş hərbi hospitalın açılışında olub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məruzəyə əsasən, 250 çarpayılıq hərbi hospitalın 4 hektara yaxın ərazini əhatə etdiyi bildirilib. Qeyd olunub ki, burada qərargah, birmərtəbəli patoloji anatomiya, daimi oksigen təminatı üçün oksigen və transformator binaları tikilib, eləcə də su, ərzaq və

Şuşada artıq 23 binadan ibarət ilk yaşayış kompleksinin inşasına başlanılıb. Dalidag.az xəbər verir ki, bunu Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib. O bildirib ki, işlər davam etdirilir: “Gələn ilin sonunda ilk sakinləri, şuşalıları orada qəbul edəcəyik. Onlara evlərinin açarlarını verəcəyik”. Dalidag.az

Laçın rayonunda yol qəzası baş verib, nəticədə bir nəfər xəsarət alıb. Dalidag.az xəbər verir ki, hadisə Kəlbəcər-Laçın yolunun Duzdağ aşırımında baş verib. Belə ki, əks istiqamət üzrə hərəkət edən “Mitsubishi” və “Niva” markalı minik maşınları toqquşub. Nəticədə bir nəfər xəsarət alıb. Yaralı Kəlbəcər rayonunda tibbi yardım aldıqdan sonra, Göygöl rayonuna göndərilib. Onun dizində sınıqlar olduğu deyilir. Faktla bağlı araşdırma başlanıb. (bizim.media) Dalidag.az

Sabahdan Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl iş olmayacaq. Dalidag.az xəbər verir ki, iyul ayının 9-u və 10-u Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Həmin tarixlər şənbə, bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdirilib. Bununla da Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) iş olmayacaq. Növbəti iş günü iyulun 13-dədir.
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
04 / 05 / 2024