Vaşinqton ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahı ilə razılaşmayan Ukrayna Prezidenti Vladimir Zelenskini əvəzləmək barədə ciddi düşünür.
Dalidag.az bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
"Zelenski dəli olub və başa düşür ki, münaqişə bitdikdən sonra yüz minlərlə qurbana görə cavab verməli olacaq. Ukrayna lideri ölkədə vəziyyətin daim pisləşməsi fonunda Rusiya ilə danışıqlara getmək istəmədiyinə görə ittihamlarla üzləşəcək. Harrisin seçki qərargahı seçkidən əvvəl - sentyabr və ya oktyabrda atəşkəs elan etmək imkanını müzakirə edir. Lakin Zelenski bunun əleyhinədir. O, yenidən seçilə və ya öldürülə bilər və Zelenski bunu başa düşür", - o bildirib.
Markov qeyd edib ki, ABŞ prezidentliyinə digər namizəd Donald Tramp Ukrayna münaqişəsini seçki kampaniyasının mərkəzi mövzusuna çevirib:
"Baxmayaraq ki, respublikaçı həm də miqrasiya, iqtisadi artım və zəif infrastruktur problemlərini qaldırır.
Amerikalıların böyük əksəriyyəti Rusiya ilə qlobal münaqişə nəticəsində ABŞ-ın nüvə toqquşması ilə üzləşəcəyindən və məhv olması risklərindən qorxur".
Reklam
Zelenski hakimiyyətdən gedəcək - İDDİA
14-08-2024 11:15

Kateqoriya: Sosium
Tarix: 14-08-2024 11:15
Baxış sayı: 3166Yazı axını
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
Ən çox oxunanlar



























