Reklam
“Ermənilər Qazağın kəndlərini qaytarmağa şifahi razılıq vermişdi” - Musabəyov
06-01-2023 10:42
“Əslində müharibə regionda marağı olan heç bir tərəfə sərfəli deyil. Ancaq sülh istiqamətində irəliləyiş olmadığı halda təbii ki, risklər müharibəyə gətirib çıxara bilər. Məsələn, Qazax istiqamətində olan kəndlərimizin azad edilməsini Ermənistan 2020-ci ilin payızında şifahi boyun olmuşdu, ancaq indi ondan imtina edir. Üçtərəfli razılaşmaya əsasən öz ordusunun qalıqlarının bizim torpaqlarımızdan çıxarılması öhdəliyi götürmüşdü, lakin hazırda hər vəclə bundan qaçır. Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret öhdəlik var, amma bundan yayınır. Belə olan təqdirdə bu davranışlar birmənalı qiymətləndirilə bilməz, Azərbaycan məcbur olub qarşı tərəfi ağıllandırmaq üçün digər üsullara əl ata bilər. Ancaq böhranı yaradan Ermənistandır, onun öhdəliklərdən boyun qaçırmasıdır”.
Regionda yeni müharibənin başlamasına və beynəlxalq oyunçuların bunda nə dərəcədə maraqlı olmasına gəldikdə millət vəkili deyib ki, Rusiyaya indi müharibə sərf etmir: “Rusların hazırda prosesə müdaxilə etmək imkanı yoxdur.
Avropa İttifaqının da hərbi qarşıdurma və müharibənin olmasında marağı yoxdur. Orada bir qədər canfəşanlıq edən Fransadır. Fransa nə edəcək? Onun nəyə ələ çata bilər? Əgər gücü varsa, buyurub Ukraynaya köməklik etsin. Yaxud hazırda Gürcüstanın prezidenti, kölgə rəhbəri İvanaşvilinin cibində Fransa pasportu var. İmkanı varsa, Gürcüstana köməklik etsin. Gəlib burada nə qələt edəcək? Fransanın əli bura çatası deyil.
Amerikaya gəldikdə aydındır ki, boş şeydir. Hansı maraq ABŞ-ı bura hərbi cəhətdən müdaxilə etməyə vadar edə bilər? Deməli, müharibə ABŞ-a da sərf etmir. Burada aranın qarışmasına az-çox meyl edən İrandır. Ancaq Tehranda anlayır ki, əvvəla, bu, onun başında çatlaya bilər. İsrail, ABŞ, Səudiyyə Ərəbistanı da İranın səhv addım atmasını gözləyir ki, təpəsindən vursun. Şükürlər olsun ki, Türkiyə və Pakistan İranı iki tərəfdən əhatə edir. Düşünmürəm ki, İran özündə cəsarət taparaq bölgəni qarışdırmaq üçün real addımlar atsın.
Kateqoriya: Sosium
Tarix: 06-01-2023 10:42
Baxış sayı: 3180
Yazı axını
25 / 01 / 2025
24 / 01 / 2025
24 / 01 / 2025
23 / 01 / 2025
22 / 01 / 2025
20 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
19 / 01 / 2025
17 / 01 / 2025
16 / 01 / 2025
15 / 01 / 2025
14 / 01 / 2025
14 / 01 / 2025
13 / 01 / 2025
12 / 01 / 2025
12 / 01 / 2025
11 / 01 / 2025
11 / 01 / 2025
10 / 01 / 2025
09 / 01 / 2025
Ən çox oxunanlar