Reklam
Sensasiyalı iddia: Valeri Gerasimov Ukraynada öldürüləcəkmiş
18-12-2022 10:31
ABŞ Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynada döyüş bölgəsinə səfəri zamanı onun Ukrayna tərəfindən zərərsizləşdirilməsinin qarşısını almağa çalışıb.
Dalidag.az xəbər verir ki, bu barədə “The New York Times”ın Ukraynadakı müharibə ilə bağlı araşdırmasında qeyd olunub.
Nəşr yazıb ki, ABŞ rəsmiləri general Valeri Gerasimovun cəbhə bölgəsinə səfər etməyi planlaşdırdığını öyrənib, lakin onun həyatına qəsdin ABŞ və Rusiya arasında müharibəyə səbəb ola biləcəyindən ehtiyat edərək bu məlumatı ukraynalılardan gizlədib.
Bununla belə, Ukrayna tərəfi səfərdən yenə də xəbər tutub. Daxili müzakirələrdən sonra Vaşinqton təcili addım ataraq Ukraynadan hücumu dayandırmağı xahiş edib.
ABŞ-ın yüksəkrütbəli rəsmisi bildirib ki, Vaşinqton Ukraynadan bunu etməməyi deyib: “Biz dedik: “Hey, bu artıq ağ oldu”. Mesaj çox gec çatdı. Ukrayna hərbçiləri amerikalılara bildirdilər ki, onlar artıq generalın mövqeyinə hücuma başlayıblar. Zərbə zamanı onlarla rusiyalı həlak olub".
Lakin ölənlər arasında general Gerasimov olmayıb.
Bundan sonra rusiyalı hərbi rəhbərlər cəbhəyə səfərlərini azaldıblar.
Kateqoriya: Sosium
Tarix: 18-12-2022 10:31
Baxış sayı: 3291Yazı axını
15 / 06 / 2026
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























