Reklam
Avropa yeni müharibə ilə üz-üzə: xüsusi təyinatlılar hərəkətə keçdi
12-12-2022 10:41

Balkan bölgəsində yeni müharibə təhlükəsi hər keçən gün daha da artır.
Dalidag.az xəbər verir ki, Kosovanın, serblərin yaşadığı bölgələrdə təhlükəsizlik qüvvələrinin sayını artırmaq qərarından sonra qarşıdurma başlayıb.Kosova hökuməti Serbiya ilə sərhəddəki Ujman gölü yaxınlığında polislərə atəş açıldığını bildirib. Üç istiqamətdən açılan silahlı hücuma polislər atəşlə cavab verib.
Serbiya prezidenti Aleksandr Vuçiç dünən axşam saatlarında Təhlükəsizlik Şurasının iclasını keçirib. Vuçiç iclasdan sonra bildirib ki, müharibə əmrini verməmişdən öncə sülhü qorumağa çalışacaqlar.
“Kosovadakı serblər üçün çətin günlərdir, onlarla birlikdəyik. Vətənimizi qorumaq üçün lazım olan tədbirləri gördük. Ən vacib əmirləri verdim və Milli Təhlükəsizlik Şurasında qəbul olundu. Polis və hərbçilərimizlə qürur duyuruq. Lakin müharibə əmrini verməmişdən öncə sülhü qorumaq üçün əlimizdən gələni edəcəyik”, - Vuçiç qeyd edib.
Kosovanın baş naziri Albin Kurti isə Serbiyanın bir neçə gündür onları hücumla təhdid etdiyini açıqlayıb.
“Serbiya yenidən müharibə vaxtına qayıtmaq istəyir”, - baş nazir bildirib.
Qeyd edək ki, qarşıdurmaya səbəb Kosovada serblərin kompakt yaşadığı ərazilərdə 18 dekabrda keçirilməsi planlaşdırılan bələdiyyə seçkilərinə görə təhlükəsizlik qüvvələrinin sayını artırmasıdır. Hazırda Kosova-Serbiya sərhədində barrikadalar qurulub. Serbiya xüsusi təyinatlı qüvvələrinin Kosova sərhədinə toplandığı haqda məlumatlar var.
Kateqoriya: Sosium
Tarix: 12-12-2022 10:41
Baxış sayı: 4332Yazı axını
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20




























