"Dəmir yumruğumuz həm birliyimizi, həm gücümüzü təcəssüm etdirir" - Həbib Misirov

10-12-2022 14:34

Zəfər paradının şahidləri kimi, 2020-ci ilin 10 dekabr tarixində taleyimizin xoşbəxt, əlamətdar hadisəsini yaşadıq. Azadlıq meydanında Ali Baş Komandan, Prezident İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi çıxışları, 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, Azərbaycan Silahlı Qüvvələrinin 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemlərinın, hərbi gəmi və katerlərin nümayiş olunduğu anlar tarixin yaddaşına əbədi həkk olundu. Tarix göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir.
2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsində qalib gələn Müzəffər Ordumuz öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistan silahlı qüvvələrini deyil, 30 il ərzində formalaşn erməni mifini məhv etdi.
İki il bundan əvvəl dekabrın 10-da ölkənin müasir tarixində möhtəşəm və unudulmaz hadisə olan Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı Vətən müharibəsindəki qələbəmizin nümayişi, döyüşlərdən qalib çıxmış bir xalqın qalibiyyət yürüşü idi. 
Prezident cənab İlham Əliyev paradda çıxışı zamanı da bildirmişdir ki, "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir".
Xalqımız səbirsizliklə Zəfər paradını, Şuşa şəhəri azad edildikdən sonra, cəsur və igid hərbçilərimiz tərəfindən orada ucaldılmış Zəfər bayrağını görmək istəyirdi. Zəfərin rəmzi - Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirildi.
Zəfər paradında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də qardaş dövlətdən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərin iştirakı Vətən müharibəsindəki dövlətlərarası münasibətlərin, birliyimizin, dostluğumuzun və qardaşlığımızın bir daha bariz nümunəsi idi. Əlbəttə ki, iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq və hər zaman qürurverici amil olaraq xatırlanacaqdır.
Bu parad bir daha göstərdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ötən illər ərzində ordu quruculuğu prosesi uğurla davam etdirilib. Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri bu gün regionun modern texnika ilə təchiz edilən, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam-intizama malik bir quruma çevrilib. Eyni zamanda, Zəfər paradı düşmənə verilən növbəti mesaj oldu.
Vətən müharibəsi Azərbaycan siyasətində hərbi strategiyanın düzgün qurulduğunu bir daha təsdiq etdi. Azərbaycan Ordusu “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını erməni işğalçılarından azad etdi. Bu mənada, Zəfər paradı beynəlxalq hüququn, tarixi ədalətin təntənəsi, ölkəmizin iqtidasi, hərbi gücünün, xalqımızın vətənpərvərlik ruhunun dünyaya nümayişi idi.
Prezident cənab İlham Əliyev, 10 dekabr tarixli çıxışında eyni zamanda mənfur düşmənə və havadarlarına siyası mesaj verdi: “Bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi və bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik”.
Hərbi paradda Azərbaycan Ordusu tərəfindən qələbə nəticəsində düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Bundan iki gün sonra Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Demək olar ki, bu park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və  qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan,  məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb.
Hərbi Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir. 
Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürü kimi Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılır.
Vətən müharibəsindəki qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub, bu mükafatlarla  Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçilər təltif edilib və bu proses davam etməkdədir.

Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 10-12-2022 14:34
Baxış sayı: 3330
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını