İranla Rusiya arasında birgə dron istehsalına dair gizli razılaşma üzə çıxdı

20-11-2022 17:28


İran Rusiyaya Ukrayna ilə müharibə üçün dron istehsalına yardım edəcək.
"The Washington Post" qəzeti yazır ki, kəşfiyyat məlumatlarına əsasən, İran Rusiya ilə birgə yüzlərlə silahlı pilotsuz təyyarə istehsalına başlamaq barədə gizli razılığa gəlib.
Qeyd olunur ki, Rusiya və İran rəsmiləri noyabrın əvvəlində keçirilən görüşdə razılaşmanı yekunlaşdırıblar."Razılaşma tam yerinə yetirilərsə, bu, Moskvanın Ukraynadakı savaşına artıq həlledici dəstək verən Rusiya-İran alyansının daha da dərinləşməsi deməkdir", - nəşr yazıb.
Məlumata görə, Rusiya üçün bu saziş doqquz aylıq döyüşlərdən sonra dəqiq idarə olunan sursatlara kritik ehtiyacı ödəyə bilər. Rəsmilər bildiriblər ki, sazişlər, habelə İran üçün əhəmiyyətli iqtisadi və siyasi qazanc verir. Tehran Ukrayna ilə münaqişədə özünü bitərəf göstərməyə çalışsa da, İrana məxsus dronların Ukrayna şəhərləri üzərində peyda olması Avropadan yeni iqtisadi sanksiyalar təhdidinə səbəb olub.milli.az

Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 20-11-2022 17:28
Baxış sayı: 2189
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını