Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib - ŞƏKİLLƏR
08-09-2022 17:27
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bir qrup məcburi köçkün müharibə veteranı ilə görüşüb.Komitədən Dalidag.az-a verilən məlumata görə, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni faşizmi üzərində qazandığı möhtəşəm Zəfərin xalqımıza böyük sevinc və qürur hissi bəxş etdiyi, torpaqlarımızın işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma yurda qayıtmasına imkan yarandığı, artıq Böyük Qayıdışın başlandığı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə veteranlarına hər zaman qayğı göstərdiyi qeyd olunub. Dövlətimizin sosial siyasətində bu kateqoriyadan olan vətəndaşlarla bağlı məsələlərin həllinin prioritet təşkil etdiyi diqqətə çatdırılıb.
Komitə sədri görüş iştirakçılarının hər birinin vətənpərvərliyinin gələcək nəsillər üçün örnək olduğunu bildirib, vətənimizin müdafiəsində göstərdikləri şücaətlərə görə onlara təşəkkür edib.Səmimi söhbət şəraitində keçən görüşdə məcburi köçkün müharibə veteranları öz fikir və mülahizələrini bildirib, postmüharibə dövrünün xüsusiyyətlərindən, öz arzu və istəklərindən danışıblar. Onlara bildirilib ki, görüşdə qaldırılan bütün məsələlər hərtərəfli araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həlli təmin ediləcək.
Dalidag.az








Kateqoriya: Sosium
Tarix: 08-09-2022 17:27
Baxış sayı: 3321Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















