Reklam

Kəlbəcər RİH-nin başçısı “U-20 dünya çempionatı”nın bürünc medalçısı ilə görüşüb - Şəkillər
23-08-2022 18:11

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, qadın güləşi idman növü üzrə “U-20 dünya çempionatı”nın bürünc medalçısı Şirinova Gültəkin Kamandar qızı və onun şəxsi məşqiçisi ilə görüşüb.
Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon Yanşaq kənd sakini olan Şirinova Gültəkin Kamandar qızı yarış haqqında Rayon İcra Hakmiyyətinin başçısına məlumat verib, təssüratlarını bölüşüb.Eyni zamanda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev idmançını və onun məşqiçisini bir daha təbrik edib, növbəti yarışlarda uğurlar arzulayıb.Rayon rəhbəri vurğulayıb ki, dövlətimizin başçısı möhtərəm cənab prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycanda dövlət gənclər siyasəti uğurla həyata keçrilir, o cümlədən idmana sahəsinə xüsusi diqqət və qayğı göstərilir.Azərbaycanda beynəlxalq yarışların keçirilməsi, idmançılarımızın mötəbər yarışlarda bayrağımızı ucaltması, ölkəmizi dünyaya idman ölkəsi kimi tanıtmışdır.

Gültəkin Şirinova ona göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz dərin minnətdarlığını bildirmiş və idmançılarla görüşdə cənab Prezident İlham Əliyev tərəfindən idmançıların üzərinə böyük vəzifə qoyulduğunu qeyd etmişdir.G.Şirinova müqəddəs üç rəngli bayrağımızı ən ali yarışlarda dalğalandırmaq üçün böyük səylə çalışacağını bildirmişdir.

Dalidag.az



Yazı axını
13 / 10 / 2025
12 / 10 / 2025
11 / 10 / 2025
11 / 10 / 2025
10 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
08 / 10 / 2025
08 / 10 / 2025
07 / 10 / 2025
07 / 10 / 2025
06 / 10 / 2025
05 / 10 / 2025
05 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
02 / 10 / 2025
01 / 10 / 2025
01 / 10 / 2025
30 / 09 / 2025
29 / 09 / 2025
Ən çox oxunanlar