Reklam
Milli Qəhraman Sərdar Səfərovun doğum günüdür
12-08-2022 18:42
Bu gün Milli Qəhraman Sərdar Mədət oğlu Səfərovun doğum günüdür. Sərdar Mədət oğlu Səfərov 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda anadan olub. 1977-ci ildə burada məktəbi bitirərək, kolxozda çalışmışdır. 1979 -1981-ci illərdə hərbi xidmətdə olub. 1987-ci ildə keçmiş SSRİ-nin Kaunas Xüsusi Milis Məktəbini bitirmişdir. 1991-ci ildə Vətənə dönən Sərdar Qusar rayonunda sahə müvəkkili kimi fəaliyyətə başlayır.
1991-ci il 25 sentyabr erməni terrorçuları Əsgəran rayonu ərazisində «QAZ-53» markalı sərnişin avtomobilinə hücum edirlər. Sərdar Səfərovun müstəntiqi olduğu istintaq qrupu hadisə yerinə göndərilir. Geri qayıdanda istintaq qrupu Xankəndi yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qalır. Sərdar yoldaşlarını xilas edərək, qəhrəmancasına həlak olur.
Ailəli idi, ölümündən üç ay sonra bir qızı dünyaya gəlmişdi.
Azərbaycan Respuikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Sərdar Mədəd oğlu Səfərov ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.
Qəhrəmanımız doğulub, boya-başa çatdığı ana yurdunda- Kəlbəcər rayonunda dəfn olunub. Allah rəhmət eləsin!
Əminik ki, Şəhidimizin ruhu şaddır. Müzəffər ordumuz onun və bütün şəhidlərimizin qisasını aldılar. Zəfərlə bitən 44 günlük Vətən müharibəsində qəhraman oğullarımızın şücaəti sayəsində uğurunda canını verdiyi torpaqlarımız azadlığına qovuşdu. İndi onun uyuduğu doğma Kəlbəcər torpağında üç rəngli bayrağımız dalğalanır.
Tanrıdan bütün Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 12-08-2022 18:42
Baxış sayı: 31 050Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























