"Bir az da çox sursat olarsa qələbə bizim olacaq" - Ukraynalı döyüş komandiri
15-07-2022 10:28

"Donetsk vilayətində düşmənin ümumi qüvvələrinin öhdəsindən gəlmək üçün müttəfiqlərimizin silah-sursat dəstəyinə ehtiyacımız var. İnsanları orduya qarşı qaldırmaq üçün mütamadi olaraq ərazilərimizə daxil olaraq, ilk növbədə, yerli sakinlərə zərər yetirən diversiya qruplarının öhdəsindən bizim hərbi birləşmələr də gələr. Fikrimcə, bir az silah-sursat olarsa qələbə bizim olacaq".
Dalidag.az bildirir ki, bunu "report"a açıqlamasında cəbhədəki komandirlərdən olan Roman Solohub bildirib.
"Bizim əsgərlər, generallar cəsarətlidirlər. Prezidentimiz çətinlik çəksə də cəsarətlə qələbəyə doğru addımlayır. Donbasda qələbə birmənalı şəkildə bizim olacaq, son vaxtların düşmən təbliğatı buna şübhə yarada bilməz. Rusiyameylli mətbuatın haqqında çox danışmağı sevdiyi xəyanətdən söhbət belə gedə bilməz".
"O əlindən gələni edir ki, Ukrayna Silahlı Qüvvələri lazımi silah-sursata malik olsun. Bəzən müəyyən mövqelər əldən-ələ keçsə də, ümumilikdə qələbə birmənalı şəkildə bizim olacaq. Rusiya orudusu mövqe baxımından əhəmiyyətli dərəcədə uduzur. Yerli inzibati idarəetmə orqanları böyük işlər görür. Çoxlu şəxslər ölkəyə öz dəstəyini ifadə edib. Dnepropetrovskdan, Kiyevdən çoxlu mesenatlar xalqın, ordunun tərəfində çıxış ediblər. Bu cür vətənpərvərlərin dəstəyi olmadan qələbə qazanmaq çətin olardı. Çünki regionlarda hər şey həmin yerlərdə yaşayan insanlar üzərində qurulur", - deyə, ukraynalı komandir bildirib.
Kateqoriya: Sosium
Tarix: 15-07-2022 10:28
Baxış sayı: 3219Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















