Reklam
Lavrovun Bakı bəyanatındakı gizli kodlar – Nə demək istəyirdi?
25-06-2022 12:06

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bildirib.
Dalidag.az xəbər verir ki, bununla bağlı sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Lavrovun Bakıda Minsk Qrupunun fəaliyyətini dayandırmasını deməsi müsbət haldır və maraqlarımıza uyğundur:
“Lakin Rusiya XİN başçısının bu bəyanatı məqsədsiz də deyil. Ukraynadakı müharibə ilə əlaqədar Moskvanın Bakının dəstəyinə ehtiyacı var və Lavrov Azərbaycanın rəğbətini qazanmaq istəyir. İkinci bir tərəfdən yenə də savaşla bağlı Rusiya ilə ABŞ və Fransa arasında müəyyən fikir ayrılıqları yaranıb. Xüsusilə, Moskva ilə Vaşinqton arasında "soyuq yellər” əsir. Belə olan halda Kremlin həmin dövlətlərlə eyni platformada olmaq istəməməsi normaldır. Elə buna görə də Kreml Minsk Qrupunun artıq olmadığını söyləyib.
Müsahib bildirib ki, Rusiya XİN başçısının mətbuat konfransı zamanı Azərbaycanın müharibəyə dair neytral mövqeyini yüksək qiymətləndirməsi də birbaşa olaraq rəğbət qazanmaq, xoşa gəlmək üçündür:
“Təmaslar bundan sonra da davam edəcək. Yaxın günlərdə liderlər arasında telefon danışıqlarının olması da mümkündür. Bütün hallarda indi Bakı ilə Moskva arasında iki əsas müzakirə predmeti var - Qarabağ və Ukrayna. Birinci məsələ daha çox bizim, ikinci isə Rusiyanın maraqları çərçivəsindədir. Azərbaycan bu məsələdən istifadə edərək regiondakı sülh və sabitlik üçün nəticəyönümlü addımlar ata bilər.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 25-06-2022 12:06
Baxış sayı: 3247Yazı axını
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
16 / 07 / 2026
16 / 07 / 2026
15 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
13 / 07 / 2026
12 / 07 / 2026
12 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
11 / 07 / 2026
10 / 07 / 2026
10 / 07 / 2026
09 / 07 / 2026
09 / 07 / 2026
08 / 07 / 2026
Ən çox oxunanlar




























