Yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovusması və "Şuşa ili" ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.
Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış 4 kubokun ((pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku)üzərində mövcuddur. Qran-prinin rəsmi mükafatı həmçinin Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub.
Mükafat bu gün final yarışından sonra qaliblərə veriləcək.