Reklam
Ekspert: “Ermənistan öz bəyanatları ilə regional əməkdaşlıq prosesini pozmağa çalışır”
30-05-2022 12:44

“Ermənistan mətbuatının David Vardanyanın guya Azərbaycan hərbçiləri tərəfindən öldürülməsi ilə bağlı son bəyanatları Ermənistanın dezinformasiya yayılması üzrə düşmənçilik proqramını əks etdirir”.
Dalidag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS, Pakistan) icraçı direktoru, ortaq gələcəyə malik cəmiyyət üçün Pakistan Araşdırma Mərkəzinin üzvü Xalid Taymur Əkrəm deyib.“Ermənistan rəhbərliyi Azərbaycanın başlatdığı regional əməkdaşlıq prosesini pozmaqla münaqişəni qızışdırmağa çalışır. Bütün bu deyilənlər əsassız və həqiqətdən uzaqdır. Ona görə də Azərbaycana ləkə yaxmaq məqsədilə insanların xoş məramından və həssaslığından silah kimi istifadə etmək üzrə bu cür iyrənc addımlar, şübhəsiz ki, bütün dünyada və həqiqətə, bərabərliyə, ədalətə dəyər verənlər tərəfindən ədalətli müqavimətlə üzləşəcək”, - o bildirib.
O həmçinin qeyd edib ki, Ermənistan saxta xəbərlər yaymaq, Brüssel görüşünün nəticələrini və regionda sülhü pozmaq əvəzinə, minalanmış ərazilərin xəritələrini verməli və Azərbaycanla əməkdaşlıq etməlidir.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-in guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı ittihamlarını rədd edib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 30-05-2022 12:44
Baxış sayı: 3295Yazı axını
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























