Reklam
Çeçenistandan Ukraynaya döyüşməyə gedən “könüllülər” arasında cəza müddəti başa çatmayan məhkumlar da var
30-05-2022 10:05
Cəza müddəti hələ başa çatmamış məhkumlar Çeçenistandan olan “könüllülər”in tərkibində Ukrayna müharibəsinə göndərilib.
Jurnalistlər Ukrayna kəşfiyyatının dərc etdiyi “könüllülər”in siyahısını və Rusiya məhkəmələrinin internet saytındakı qərarlarını müqayisə edib və bir neçə belə hala rast gəliblər.
Onlardan biri dəfələrlə məhkum olunmuş Bexan Taysumovdur ki, o, 2022-ci ilin sonuna qədər dələduzluğa görə ümumi rejimli koloniyada cəza çəkməli idi.
Məqalədə adı çəkilən digər məhbus Tamerlan Maqamerzuyev 2022-ci ilin martında məcburi islah işlərinə məhkum edilib. Lakin əvəzində, başqa bir iş üzrə məhkəmə iclaslarını da qaçıraraq Ukraynaya gedib. Halbuki, məhkəmə hökmünün icrasına qədər onun Rusiya Federasiyasının sərhədlərini keçmək hüququ olmayıb.
Hesablamalara görə, Çeçenistandan Ukraynaya gedən 953 könüllüdən ən azı 101 nəfəri kriminal keçmişi və bugünü olan şəxslər olub. oxu.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 30-05-2022 10:05
Baxış sayı: 3267Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























