Reklam

Dövlət Komitəsinin sədr müavini beynəlxalq vebinarda çıxış edib
27-05-2022 13:56

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Böhranlar şəraitində gender ayrı-seçkiliyinin, təlim və tədrisdə bərabərsizliklərin aradan qaldırılması – Azərbaycan nümunəsi” mövzusunda vebinarda çıxış edib.
Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikası və UNESCO-nun Əddis-Əbəbədəki ofisinin və Azərbaycanın UNESCO nəzdində Milli Komissiyasının birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq vebinarın əsas məqsədi ölkəmizin gender bərabərliyi sahəsindəki təcrübəsini Afrika ölkələri ilə bölüşməkdən ibarət olub.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışı zamanı Azərbaycanda Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi, onların problemlərinin həlli ilə bağlı həyata keçirilən dövlət siyasəti haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin bu kateqoriyadan olan soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifah halının yüksəldilməsi üçün verdiyi tapşırıqlar ardıcıllıqla icra olunur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi qeyd edilib.

Vebinar iştirakçılarına bildirilib ki, 2020-ci ilin sentyabrında Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra ərazi bütövlüyünü bərpa edib. Keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması üçün şərait yaranıb. Ərazilərin minalardan təmizlənməsi, rabitə-kommunikasiya xətləri və infrastrukturun qurulmasından sonra məcburi köçkünlərin könüllü, təhlükəsiz, ləyaqətlə qayıdışı həyata keçiriləcək. Böyük Qayıdışdan öncə məcburi köçkünlər arasında aparılan sorğu zamanı da gender bərabərliyi, gender və yaşa aid ehtiyaclar məsələsinə diqqət yetirilir, təhsil, məşğulluq kimi məsələlərin həlli ilə əlaqədar olaraq, həm qadınların, həm də kişilərin fikirləri öyrənilir. Bu, eyni zamanda, onların fərdi istəklərinin də qarşılanmasına müsbət təsir edəcək.
Sonda əminliklə bildirilib ki, ölkə başçısının rəhbərliyi ilə aparılan siyasət nəticəsində yaxın illərdə Azərbaycan post-münaqişə reabilitasiyası və reinteqrasiyası üzrə yeni dünyəvi model təqdim edəcək.
Vebinar tədbir iştirakçılarının çıxışları ilə davam edib.
Dalidag.az



Yazı axını
17 / 07 / 2025
16 / 07 / 2025
16 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
15 / 07 / 2025
14 / 07 / 2025
14 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
Ən çox oxunanlar