Reklam

YAP Kəlbəcər rayon təşkilatının yeni ərazi partiya təşkilatları təsis edildi - Şəkillər
20-05-2022 18:31

Bu münasibətlə keçirilmiş təsis iclaslarında çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov qeyd etdi ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 800 minə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimidir. O, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər görmüş tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.


Bu gün həm müstəqillik dövrünün, həm də çoxəsrlik tarixinin zirvə hadisələrinə şahidlik edən qədirbilən Azərbaycan xalqı bütün bu reallıqları, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini olduqca yüksək qiymətləndirir, müdrik dövlət xadiminin əziz xatirəsini böyük minnətdarlıqla, sonsuz ehtiramla yad edir.Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır.

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 7 saylı tam orta məktəb, Gəncə şəhəri Avtozavod ərazisində faəliyyət göstərən Kəlbəcər rayon 98 saylı tam orta məktəb, Gəncə şəhəri Gülçülük qəsəbəsində fəaliyyət göstərən Kəlbəcər rayon 55 nömərli tam orta məktəb, Gəncə şəhər 12 saylı məktəbdə fəaliyyət göstərən B.Cəfərov adına Kəlbəcər 1 saylı tam orta məktəb,, Gəncə şəhərində fəaliyyət göstərən Kəlbəcər rayon 109 nömrəli tam orta məktəb ünvanları üzrə partiya fəallarının müraciətləri əsasında yeni ərazi partiya təşkilatları təsis edilib.
Fazil Əhmədov “Kəlbəcər rayon 7 saylı tam orta məktəb”, Cəmşid Əlbəndov “Kəlbəcər rayon 98 saylı tam orta məktəb”, Səməd Nadirov “Kəlbəcər rayon 55 nömərli tam orta məktəb”, Nazim Qafarov “Kəlbəcər 1 saylı tam orta məktəb”, İradə Baxışova “Kəlbəcər rayon 109 nömrəli tam orta məktəb”, ərazi partiya təşkilatlarına sədr seçiliblər.
Ərazi partiya təşkilatının yeni seçilmiş sədirləri göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər.
Dalidag.az

















Yazı axını
13 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
Ən çox oxunanlar