Reklam
Xızıda orta əsrlərə aid qala qalıqları tapıldı - Şəkil
16-05-2022 10:13

Dalidag.az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, qədim abidə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran regional idarəsinin mütəxəssisləri və “Artefakt ovçuları” vətəndaş təşəbbüs qrupu tərəfindən aşkarlanıb:
“Tarixi məkanın 3 tərəfi müdafiə məqsədilə qurulan qala divarları ilə əhatə olunub.
Bundan əlavə, həmin qayalıqların alt hissəsi gözətçi məntəqəsi kimi xidmət edən mağaralardan ibarətdir. Tapıntı yerində müxtəlif rəngli saxsı nümunələrə də rast gəlinib. Abidənin dövlət qeydiyyatına alınması və mühafizəsinin təşkili üçün işlərə start verilib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna yeni tapıntı ilə bağlı müraciət edəcək”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 16-05-2022 10:13
Baxış sayı: 3608Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























