Reklam
“Əsirlərlə bağlı məsələ tamamilə bağlanmalıdır” - Rüstəm Muradov
09-12-2021 15:22
Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşən Azərbaycan tərəfinin bütün hərbçiləri Rusiya sülhməramlılarının köməkliyi ilə geri qaytarılıb, hazırda saxlanılan erməni hərbçilərin qaytarılması istiqamətində işlər davam etdirilir.
Dalidag.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi komandanının müavini Rüstəm Muradov məlumat verib.
“Bu günə qədər Azərbaycan tərəfinin bütün hərbçiləri geri qaytarılıb və saxlanılan erməni hərbçilərin qaytarılması istiqamətində işlər davam edir. Yaxşı pozitiv, anlaşma var. Hesab edirəm ki, bu məsələ tamamilə bağlanmalıdır. Və Rusiya sülhməramlıları bu işi sona çatdıracaqlar”, – Muradov bildirib.
O qeyd edib ki, saxlanılanların geri qaytarılması ilə bağlı işi sülhməramlıların mülki borcu hesab edir.
“Bir hərbçi kimi mən onların necə hisslər keçirdiklərini başa düşürəm. Mən Bakıya uçduğumuz ilk reysi və qayıdandan sonra İrəvandakı Erebuni aerodromunda həmin hərbçilərin üzlərini xatırlayıram. Onlar evlərinə qayıtdıqlarına inanmırdılar”, – baş komandanın müavini deyib./teleqraf/
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 09-12-2021 15:22
Baxış sayı: 4209Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























