Reklam
Elçin Quliyevin helikopterlə bağlı açıqlamasına aydınlıq gətirildi
07-12-2021 09:31

Nobayrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayan DSX-nin hərbi helikopterinin hansı ildə istehsal olunduğu açıqlanıb.
Dalidag.az xəbər verir ki, bu barədə DSX-nin Aparat rəhbəri general-mayor Elçin İbrahimov açıqlama verib.
Bu barədə haqqın.az-a danışan qurum rəsmisi bildirib ki, bort nömrəsi 20136 olan Mi-17 helikopteri 2012-ci ildə Azərbaycan üçün istehsal olunub və elə həmin ilin dekabrında DSX-nin istismarına verilib:
“Onun istismar müddəti 25 ildir və 2020-ci ilin avqustunda ilkin zəmanət müddətinin bitməsi ilə əlaqədar helikopter plana uyğun əsaslı təmir məqsədilə istehsal olunduğu zavoda göndərilib. Əsaslı təmir 2021-ci ilin aprelində başa çatıb və bu, müvafiq şəkildə sənədləşdirilib”.
Qeyd edək ki, DSX rəisi, general-polkovnik Elçin Quliyevin məlum qəza ilə bağlı keçirdiyi brifinqdə helikopterlə əlaqədar danışarkən səsləndirdiyi “Helikopter yeni idi, üzərində qısa müddət öncə təmir işləri aparılmışdı” fikri sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.
Kateqoriya: Sosium
Tarix: 07-12-2021 09:31
Baxış sayı: 3244Yazı axını
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















