Reklam

Kəlbəcər RİH-nin başçısı şəhid Bəhrəm İlyasovun məzarını və ailəsini ziyarət etdi - Şəkillər
30-11-2021 13:21

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid İlyasov Bəhrəm Nizam oğlunun doğum günü ilə əlaqədar məzarını və ailə üzvlərini ziyarət edib.
Dalidag.az -ın xəbərinə görə, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin, RİH-in məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərliyinin və şəhidin doğmalarının iştirakı ilə Bərdə rayon Nəcəfqulubəyli kəndində Vətən müharibəsi şəhidi İlyasov Bəhrəm Nizam oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət edilərək məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

İlyasov Bəhrəm Nizam oğlu 30 noyabr 1998-ci ildə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində böyük şücaət göstərib. Bəhrəm İlyasov Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizin məkanını cənnət, məqamını ali etsin!
Dalidag.az







Yazı axını
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar