Reklam
Universitetlər Bakıdan köçürüləcək? - Deputat açıqladı - VİDEO
25-11-2021 10:13

Bütün universitetlərin Bakıda yerləşməsi paytaxtın yükünü xeyli artırmaqla yanaşı, çoxsaylı sosial problemlər də yaradır. Millət vəkili Musa Qasımlı təhsil müəssisələrinin bəzilərinin bölgələrə köçürülməsi fikrini yenidən gündəmə gətirib. Uyğun variant kimi hətta işğaldan azad olunan ərazilərə də diqqət çəkib.
Dalidag.az xəbər verir ki, bəzi universitetlər Bakıdan bölgələrə köçürülməlidir. Bu, paytaxtın yükünü azaltmaqla yanaşı, şəhərdəki sıxlığı da aradan qaldırar.
Millət Vəkili Musa Qasımlı belə bir açıqlama verib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı fikirlər, xüsusilə, ekspertlərin, mütəxəssizlərin təklifləri müxtəlifdir. Hamısı dinlənildikdən sonra müsbət qərar verilməlidir. Hazırda ən optimal variant universitetlərin yerinin dəyişdirilməsidir.
Millət vəkili deyir ki, universitetlərin müvafiq bölgələrə köçürülməsi həm də praktika keçmiş yaxşı mütəxəssislərin yetişməsi deməkdir.
Millət vəkilinin sözlərinə görə, qonşu Türkiyədə paytaxt ilə yanaşı, böyük şəhərlərin demək olar ki, əksəriyyətində universitetlər var. Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Cəsarət Valehov "Xəzər Xəbər"ə bildirdi ki, məsələ hələ ki, gündəmdə deyil.
Kateqoriya: Sosium
Tarix: 25-11-2021 10:13
Baxış sayı: 3356Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























