Reklam
İrəvanın Kremlə qarşı bu oyunu cavabsız qalmayacaq
24-11-2021 19:01

Bu yaxınlarda sərhəddə baş verən gərginlik Ermənistan tərəfindən törədilmiş təxribatdır. Hadisələrin xronologiyasına nəzər salsaq, əvvəlcə antirusiya mitinqləri keçirildi, sonra sərhəddə vəziyyət gərginləşdi, Ermənistan "yardım" üçün Rusiyaya çağırış etdi. Bu, Rusiyanı Azərbaycana qarşı müharibəyə cəlb etmək üçün keçirilmiş növbəti təxribat idi. Gördüyümüz kimi, Rusiya bu təxribata uymur, həm də Paşinyanı üçtərəfli sazişin tələblərini yerinə yetiriməyə məcbur etməyə çalışır.
Dalidag.az xəbər verir ki, bu sözləri Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov çıxış edib.
“Əlbəttə ki, antirusiya oyunu yalnız Ermənistanda deyil, yalnız Cənubi Qafqazda deyil, Baltikyanı ölkələrdə də, Mərkəzi Avropada da aparılır. Ermənistan bu zəncirin sadəcə kiçik bir halqasıdır.
Paşinyanın məqsədi hakimiyyətdə qalmaq, Azərbaycana təzyiq göstərmək, münaqişəsinin nizamlanması ilə bağlı özü üçün daha yaxşı şərait yaratmaq, həmçinin Avropa və ABŞ fondları tərəfindən əlavə maliyyə yardımı əldə etməkdir”, - o bildirib.
Ekspertin sözlərinə görə, Ermənistan “Ukrayna ssenarisi” ilə gedir:
“İrəvan Avrasiya İqtisadi Birliyi və KTMT-dən çıxaraq, NATO-nun strukturuna daxil olmağı planlaşdırır. Düşünürəm ki, bir müddət sonra Ermənistanda “Ukrayna ssenarisi”ni görəcəyik.
Rusiya isə bu vəziyyətdə hələ ki imkanları çərçivəsində oynayır, amma Ermənistanın əməlləri cavabsız qalmayacaq./axar.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 24-11-2021 19:01
Baxış sayı: 3219Yazı axını
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















