Ermənistanın baş naziri Nikol Paşinyanın ağır iqtisadi böhrana baxmayaraq, siyasi opponentlərini dinləmək üçün xaricdə xüsusi proqramlar almaq üçün milyonlarla dollar xərcləyir.
Dalidag.az xəbər verir ki, Ermənistan mətbuatı qeyd edir ki, Paşinyan, hətta “öz kölgəsindən belə qorxmağa başlayıb”.
İrəvanın “Hraparak” qəzeti qeyd edir ki, Paşinyanın göstərişi ilə Ermənistanın bütün dövlət qurumlarında foye və kabinetlər mikroskopik “juçoklarla” doldurulur.
Bununla bağlı qəzet bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyində baş vermiş insidentdən bəhs edir. Rəislərdən biri “yuxarı instansiya”nın göstərişi ilə dörd əməkdaşını dindirir. Onlar iş yerində baş nazırı “satqın” və “kapitulyant” adlandırıb.
Hraparak jurnalisti yazır: “Bu rəis öz növbəsində aralarında qadının da olduğu işçiləri “xalçaya” çağırıb və onlardan izahat tələb edib. Kişilər dərhal tövbə edərək belə siyasi səhvləri bir daha təkrar etməyəcəklərini vəd ediblər, qadın isə cavab verib ki, hər kəs haqqında istədiyi bir şey söyləmək onun konstitusion hüququdur. Bəlkə Ermənistan artıq demokratik ölkə deyil və orada öz fikrini bildirmək qadağandır?”/qafqazinfo.az
Reklam
Paşinyan hər yerdə “juçok” quraşdırır - Erməni KİV
21-11-2021 10:45

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 21-11-2021 10:45
Baxış sayı: 3335Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























