Şagirdlər arasında koronavirusa yoluxmaların artdığı deyilir, amma rəsmi statistikalar göstərir ki, artım yoxdur.
Bunu açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O, valideynlərə uşaqlarına peyvənd vurdurmağı tövsiyə edib.
"Uşaqlarda hər hansı yanaşı xroniki xəstəlik varsa, ürək, böyrək, şəkər xəstəliyi, artıq çəkidən əziyyət çəkmə ola bilər, belə uşaqlara həqiqətən də peyvənd vurdurmaq tövsiyə olunur. Çünki təcrübələr göstərir ki, həmin uşaqlar risk qrupundadır və xəstəliyi ağır keçirirlər. Digərlərinə də tövsiyə olunur, ancaq birinci növbətə risk qrupunda olan uşaqlara vaksin vurdurulmalıdır. Valideynlər arasında aparılan maarifləndirmə işi də bu istiqamətdə olmalıdır ki, onlar peyvəndin uşağı üçün lazım olduğunu bilsinlər" - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın Səhiyyə Nazirliyi 12 yaşdan yuxarı uşaqların koronavirusa qarşı vaksinasiyasına icazə verib. Uşaqların vaksinasiyası könüllü xarakter daşıyır və tibbi göstərişlər, o cümlədən də hər iki valideynin icazəsi əsasında tətbiq edilir. Müvafiq tibbi göstəriş və hər iki valideynin icazəsi əsasında 12-15 yaşlı uşaqlara mRNT Pfizer ("Comirnaty") vaksininin vurulmasına icazə var.trend
Reklam
Şagirdlər arasında koronavirusa yoluxmalar artıb? - AÇIQLAMA
21-11-2021 10:28

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 21-11-2021 10:28
Baxış sayı: 4256Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























