Reklam

Məcburi köçkünlərə dəstək tədbiri keçirilib - Şəkil
11-11-2021 17:49

Tədbirdə çıxış edən Dövlət Komitəsi sədrinin müşaviri Nəsimi Nərimanov bildirib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin diqqət mərkəzindədir və hazırda onların öz doğma yurdlarına qayıdışına hazırlıq tədbirləri həyata keçirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi qayğı göstərir, onlarla görüşlər keçirir, arzu və istəklərini şəxsən dinləyir, mənzil-məişət, təhsil, sağlamlıq məsələlərini həll edir.
Ölkəmizdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət tədbirlərinin görülməsi ilə yanaşı, son illər bu sahəyə özəl sektor da töhfələr verib. Qonaqların diqqətinə çatdırılıb ki, tədbirin keçirildiyi “Qobu park” yaşayış kompleksi özəl sektor tərəfindən, dövlət vəsaiti istifadə olunmadan tikilib. Eyni zamanda bildirilib ki, “Xarı bülbül” kompleks ərazisində yaşayan məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi ilə yaradılıb. Burada məcburi köçkün şəhid və müharibə veteranlarının ailələri çalışır.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op məcburi köçkünlərlə bağlı dövlət tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Qeyd edib ki, gələcəkdə səfirlik tərəfindən məcburi köçkünlərlə bağlı icra edilən tədbirlər genişləndiriləcək.
Qonaqlar “Koreya-Azərbaycan” dostluq münasibətlərini əks etdirən sərgidə əl işlərindən ibarət rəsmlərə baxıb. Müsabiqədə iştirak edən məktəblilərə hədiyyə və sertifikatlar təqdim edilib.
Daha sonra tədbir iştirakçıları mərkəzdə hazırlanan zərgərlik əşyaları və xalçalarla tanış olublar, burada çalışan məcburi köçkünlərlə söhbət ediblər. Səfirlik tərəfindən “Xarıbülbül”ə ip, əriş-arğac və bir sıra texniki avadanlıqlar hədiyyə edilib.
Dalidag.az






Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar