Reklam

Samuxda şəhid Daşqın Şəfiyevin il mərasimi keçirildi -Şəkil
06-11-2021 16:33

2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsində şəhid olan Şəfiyev Daşqın Hidayət oğlunun şəhadətə yüksəlməsinin ildönümü qeyd olunub.
Dalidag.az-ın xəbərinə görə, şəhidin il dönümündə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qovcayev, Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Kəlbəcər RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti iştirak edib.
Mərasim iştirakçıları tərəfindən ilk öncə Samux rayon Seyidlər kəndində şəhidin məzarı ziyarət olunub, əziz xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülərək ruhuna dualar oxunub.

Şəhidimizin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiribər.
Şəhid Şəfiyev Daşqın Hidayət oğlu 22 avqust 1989-cu ildə anadan olub.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 06 noyabr 2020-ci il tarixdə Samux rayon Seyidlər kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və "Qubadlının azad olunmasına görə" medalları ilə, 05 noyabr 2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.
Dalidag.az





Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar