Reklam
Rüstəm Muradovla bağlı ŞOK İDDİA
06-11-2021 12:47

“Qarabağ Zəfərinin birinci ildönümündən bir müddət əvvəl bölgədəki Rusiya sülhməramlılarının iki komandiri dəyişdirildi. Erməni quldur dəstələrinin Azərbaycan əsgərlərinə qarşı təxribatına, bölgəyə silah-sursat və insan qaçaqmalçılığına göz yuman Qafqaz əsilli rus komandiri Rüstəm Muradov Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müdaxiləsi ilə vəzifəsindən azad edilib”.
Dalidag.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr xatırladıb ki, Muradovun yerinə təyin edilən general Mixail Kosobokov 20 gün sonra öz postunu general Gennadi Anaşkinə təhvil verib.
Qəzet hər iki generalın bölgədəki pozucu fəaliyyətinin Türkiyə liderinin diqqətindən yayınmadığını, məhz onun müdaxiləsi ilə postlarından azad edildiklərini bildirib.
Siyasi ekspert Elxan Şahinoğlu qəzetə açıqlamasında bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri çox fərqli ölçülərə keçib və bu, bütün regional tənliyi dəyişmək potensialına malikdir. Şahinoğlu deyib ki, son aylarda komandir dəyişikliyi ilə erməni separatçı dəstələrinin təxribatlarına son qoyulub.
Müsəlman olan Rüstəm Muradovun bundan əvvəl Abxaziyada xidmət etdiyini və buna bənzər problemlər yaratdığını vurğulayan ekspert qeyd edib: “Eyni dini və tarixi paylaşdığımız bu şəxsin ermənilərlə iş birliyi bizi məyus edirdi. O, sovet zabitidir, hələ də kommunist ideyalarını daşıyır”.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 06-11-2021 12:47
Baxış sayı: 3215Yazı axını
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















