Reklam

Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid ailələri və qazilərlə görüş keçirilib - ŞƏKİLLƏR
04-11-2021 16:00

"Zəfər" gününün birinci ildönümünün qeyd olunması ilə bağlı Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Kəlbəcər rayon Millət vəkili Aqil Məmmədov tərəfindən Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid ailələri və qazilərlə görüş keçirilmişdir.
Dalidag.az-ın xəbərinə görə, görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Millət Vəkili Aqil Məmmədov, hüquq- mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, idarə və müəssisə təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və qazilər iştirak edib.

Daha sonra çıxışlara yer verilib.
44 günlük Vətən müharibəsi şəhidi Məmmədov Elşənin atası Məmmədov Dağıstan çıxış edərək bildirib ki, şəhidlərimizin ruhuna hər zaman dərin hörmət və ehtiram nümayiş olunur,. Biz şəhid ailələri də dövlətimizin daim diqqətindəyik. Bunun üçün dövlət başçısı və rayon rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk.
Çıxış üçün söz verilən Kəlbəcər rayon idarə və müəssisələrin əməkdaşları, rayon ağsaqalları, tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs ediblər.

Sonda Kəlbəcər RİH başçısı Azər Qocayev və Millət vəkili Aqil Məmmədov şəhid ailələri ilə geniş söhbətlər aparıb. Şəhid ailələrinin problem və qayğıları ilə maraqlanıb, onların müraciətlərini dinləyiblər.

Tədbirdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Başı Komandan İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonda şəhid ailələri ilə xatirə şəkli çəkilib.
Dalidag.az



















Yazı axını
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar