Reklam

Eldar Həsənovun qızı Prezidentə və 1-ci Vitse-prezidentə müraciət etdi: "Atamın səhhəti çox ağırdır"
02-11-2021 10:13

"21.6 milyon manatlıq korrupsiya ittihamına görə həbs olunan “Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradov barədə həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmənin qərarı ilə azadlığa çıxması ümidlərimizi çox artırır. Əlbəttə, humanist qərardır. Ağır xəstəliyi olan şəxsin azadlığa buraxılmasını alqışlayırıq. Amma... Çox istərdik ki, bu humanist və ədalətli münasibət mənim atam, sabiq səfir, hazırda məhkəməsi gedən Eldar Həsənova da şamil olunsun. Bir daha Prezident İlham Əliyevə və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya səslənmək istəyirəm: atamın səhhəti çox ağırdır. Təcili ürəyində əməliyyat aparılmalıdır. Yüksək təzyiq və şəkərli diabetdən əziyyət çəkir. Vertiqo xəstəliyinə təcridxanada olduğu 14 aylıq müddətdə tutulub. Ürəkgetmələri var, tez tez huşunu itirir. Hər dəfə onun huşunu itirərərək yerə yıxıldığını eşidəndə və ya gözümlə şahidi olanda nələr keçirdiyimi ifadə etmək belə istəmirəm. Dəhşətli hisslərdir, heç kəsə, heç bir övlada arzu eləmirəm... Lütfən, atam barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə, normal şəkildə müalicə almasına kömək edin... Bu gün bizim ədalət və humanist münasibətə çox ehtiyacımız var...

Azərbaycan dövlətinə, onun hüquq-mühafizə orqanlarına atamın qatili kimi baxmaq istəmərik, heç vaxt istəmərik. Allah yazdısa, pozsun!!! Biz bu ölkəni, bu vətəni canımız qədər, atam qədər sevirik! Amma əgər həbsdə olduğu müddətdə onun başına bir iş gəlsə, bizim vəziyyətimizi təsəvvür edirsinizmi? Problem nədir? Atam bu ölkəyə ermənidən də qatı düşməndir? Hətta düşmənə də humanizm nümayiş etdirib bu dövlət. Nə olar, atamı da görün, onun ağrılarını, əzablarını da görün. Bütün həyatını, fəaliyyətini bu ölkəyə ləyaqətlə xidmət etmiş bir insanı niyə təcridxanada ölümə məhkum etmisiniz? Günahsız bir insandan istədiyiniz nədir? Atam hər şeyə hazırdır, ölümə belə. Amma mən, bir övlad olaraq, onun yoxluğuna hazır deyiləm. Özü də günahsız, suçsuz olduğunu bilə-bilə! Atamla son görüşdə bilirsiniz, mənə nə dedi? Dedi ki, günahsız olduğum gec-tez aşkara çıxacaq, təsdiqini tapacaq. Buna əminəm. Amma o günü görməyə ömrüm çatacaqmı, bilmirəm. Əgər həyatda olmasam, bəraət almağım üçün bütün addımları atmağı sənə tapşırıram..."
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar