Reklam
Üçtəpədə kəlbəcərli şəhidin anım günü keçirildi - Şəkillər
01-11-2021 19:42

Bu gün 44 günlük Vətən müharibəsində şəhid olmuş Eşqin Asif oğlu Tağıyevin ildönümü qeyd olunub. Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Göygöl rayon, Üçtəpə kəndində anım mərasimi keçirilib.
Dalidag.az-ın xəbərinə görə, İlk öncə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının məsul əməkdaşları, Rayon idarə və müəssisə təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət olunaraq, əziz xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Daha sonra şəhidin ailə üzvləri ziyarət olunub, onların qayğıları ilə maraqlanılıb. Anım mərasimində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bütün Kəlbəcərlilər adından şəhid Tağıyev Eşqin Asif oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir.
Azərbaycan xalqı şəhidlərimizin xatirəsini hər zaman əziz və uca tutacaqdır. Eşqin Tağıyev kimi qəhrəman oğullarımızın şanlı döyüş yolu hər zaman gənc nəsilə aşılanacaqdır.Sonda şəhidin ailə üzvləri, onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin.
Dalidag.az



Kateqoriya: Sosium
Tarix: 01-11-2021 19:42
Baxış sayı: 3475Yazı axını
24 / 12 / 2025
24 / 12 / 2025
23 / 12 / 2025
23 / 12 / 2025
22 / 12 / 2025
22 / 12 / 2025
21 / 12 / 2025
21 / 12 / 2025
20 / 12 / 2025
19 / 12 / 2025
18 / 12 / 2025
18 / 12 / 2025
17 / 12 / 2025
17 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
16 / 12 / 2025
15 / 12 / 2025
14 / 12 / 2025
14 / 12 / 2025
13 / 12 / 2025
13 / 12 / 2025
12 / 12 / 2025
11 / 12 / 2025
Ən çox oxunanlar




.jpg)























