Reklam
Bakıda hərbi parad olacaq?
25-10-2021 10:14

Son günlər sosial şəbəkənin Azərbaycan seqmentində Noyabrın 8-i Zəfər günü ilə bağlı Bakıda hərbi paradan keçirilməsinə dair məlumatlar yayılmaqdadır. Lakin hələlik bununla bağlı rəsmi məlumat verilməyib.
Dalidag.az-ın məlumatına görə, Sputnik Azərbaycan məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənib.Ədalət Verdiyev bildirib ki, Azərbaycanın Ermənistan üzərində qazandığı qələbənin ilk ildönümü, təbii ki, tarixi bir hadisədir: "Mən Qələbənin ilk ildönümünün hərbi paradla qeyd olunacağını düşünürdüm. Lakin hələ də hərbi paradın keçiriləcəyinə dair real siqnallar, bu barədə təsdiqlənən və ya təsdiqlənməyən məlumatlar mövcud deyil.
Düşünürəm ki, ölkə səviyyəsində hərbi parad keçirilməsə belə, güc strukturlarının birlik, hissə və bölmələrində bu möhtəşəm hadisənin qeyd edilməsi üçün tədbirlər planı artıq hazırlanıb və təsdiq də olunub.
Təsdiqlənən tədbirlər planına uyğun olaraq həm Azərbaycan Silahlı Qüvvələrinin bütün vahidlərində, həm də bütün dövlət strukturlarında Zəfərimizin ilk ildönümünə həsr olunan təntənəli tədbirlər mütləq şəkildə keçiriləcək".
Kateqoriya: Sosium
Tarix: 25-10-2021 10:14
Baxış sayı: 4224Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























