Reklam

Tərtərdə kəlbəcərli şəhidin anım günü keçirildi - Şəkillər
24-10-2021 21:44

Bu gün Tərtər rayon Bəyimsarov kəndində Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevin anım günü qeyd olunub.
Dalidag.az-ın məlumatına görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər və Tərtər rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhuna dualar oxunub.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan, Vətən Müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Bununla yanaşı şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar. Vətən Müharibəsində respublikamızın bütün bölgələrində olduğu kimi Kəlbəcər rayonundan da yüzlərlə gənc ordu sıralarına könüllü qoşuldu, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdular.Belə cəsur döyüşçülərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğludur. Bütün Kəlbəcərlilər adından şəhid Əliyev Anar Vaqif oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidimizə Allahdan rəhmət diləyirik.

Tədbirdə iştirak edən, Şəhid valideyinləri adından və öz adından Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək, onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar Vaqif oğlu 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində anadan olub. Oktyabrın 21-də Xocavəndin Tuğ kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Allah şəhidlərimizə rəhmət eləsin!
Dalidag.az





Yazı axını
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar