Reklam
Şəhid İxtiyar Əliyev dəfn edildi - ŞƏKİL
14-10-2021 13:20

Vətən müharibəsinin şəhidi İxtiyar Əliyev anadan olduğu Goranboy rayonunda dəfn olunub.
Dalidag.az-ın xəbərinə görə, şəhid Goranboy rayonunun Goranlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Vida mərasimda rayon İcra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvüləri, döyüş yoldaşları və kənd sakinləri iştirak edir. Şəhid kənd qəbirstanlığında dəfn ediləcək.
Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb. Uzun müddət onun axtarışları davam edib.
Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Vətən müharibəsi zamanı itkin düşən 7 hərbçidən birinin nəşinin tapılması və həmin şəxsin kimliyinin müəyyən edilməsi üçün ekspertiza aparıldığını bildirmişdi. Daha sonra nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olması barədə məlumatlar yayılsa da, ailəsi bunu təsdiq etməyərək ikinci dəfə DNT analizləri verildiyini açıqlamışdı. Əlavə DNT analizləri nəticəsində nəşi tapılan hərbçinin gizir İxtiyar Əliyev olduğu təsdiqlənib.
Allah rəhmət eləsin!/apa
Dalidag.az







Kateqoriya: Sosium
Tarix: 14-10-2021 13:20
Baxış sayı: 4471Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























