Reklam
Kəlbəcər RİH-nin başçısı şəhid Azər Mikayılovun il mərasimində iştirak etdi - Şəkillər
12-10-2021 14:20
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, RİH başçısı aparatının məsul əməkdaşları, RİH inzibati ərazi dairəsi üzrə nümayəndəlik işçiləri, Kəlbəcər rayon 30 və 78 saylı tam orta məktəbin kollektivləri Vətən müharibəsi zamanı döyüşlərdə qəhrəmancasına şəhid olan Mikayılov Azər Əmrah oğlunun ildönümü ilə əlaqədar Yevlax şəhər Şəhidlər Xiyabanında məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dalidag.az-ın məlumatına görə, qəhrəman şəhidimizin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını dilə gətirib, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Dalidag.az




Kateqoriya: Sosium
Tarix: 12-10-2021 14:20
Baxış sayı: 3384Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























