Kəlbəcərlilər həmişə Cavid Qurbanovu vətənpərvər insan kimi tanıyıb...

19-09-2021 17:01

Bu gün Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, sabiq millət vəkili Cavid Qurbanovun doğum günüdür.
Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin ölkədə həyata keçirdikləri böyük dövlət quruculuğu illərində biz Cavid Qurbanovu daim bu böyük siyasətin dəstəkçilərinin ön sıralarında görmüşük. Dövlətimiz ona hansı vəzifəni həvalə edibsə, o canla-başla, böyük enerji ilə çalışıb, qurub-yaradıb. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük şanlı Vətən Müharibəsi günlərində də, Cavid Qurbanov dövlətimizin və ordumuzun qələbəsi naminə üzərinə düşən məsuliyyəti böyük vətənpərvərliklə və məsuliyyətlə yerinə yetirməyə çalışmışdır. Kəlbəcər camaatı Cavid Qurbanovu həmişə dövlətinə və Prezidentinə sadiq, vətənpərvər bir insan kimi tanımışdır. 
Bir faktı xüsusi qeyd etmək istərdik ki, torpaqlarımız erməni vandalları tərəfindən işğal olunandan sonrakı ağır dönəmlərdə bir dövlət məmuru və Kəlbəcərdən olan millət vəkili kimi o, dövlətimizin tapşırığına və siyasətinə uyğun olaraq çox sayda insanlarımızın müxtəlif problemlərinin həll olunmasında əlindən gələn heç bir köməyi əsirgəməmişdir. Onun bu şərəfli missiyası bu gün də davam edir.
Kəlbəcər ictimaiyyəti adından xalqımızın dəyərli oğlu Cavid Qurbanovu doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı arzulayır və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük quruculuq işlərində öz üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməsini diləyirik.

Kəlbəcər Rayon İcra Hakimiyyəti
Dalidag.az


Kateqoriya: Sosium
Tarix: 19-09-2021 17:01
Baxış sayı: 4144
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
29 / 04 / 2024