Reklam
ABŞ-dan Türkiyə və Rusiyaya qarşı ŞOK PLAN: Pentaqon bu bölgə üçün HƏRƏKƏTƏ KEÇDİ
19-09-2021 12:55
.jpg)
Dədəağacı hərbi bazaya çevirən ABŞ indi də Çanaqqala boğazını əhatə edən Limni (Lemnos) , Midilli (Lesbos), Semadirek (Samotraki) ve Skiri adalarına göz dikib.
Dalidag.az xəbər verir ki, Türkiyə və Rusiyanın bölgədəki fəaliyyətinin qarşısını almaq üçün hərəkətə keçən və Lozanna anlaşmasını pozan ABŞ-ın xüsusilə Limnini hava əməliyyatlarında istifadə etmək məqsədilə ələ keçirməyə çalışdığı bildirilir.
Balkanlarda, Aralıq dənizində və Egeydə varlığını təmin etmək, Rusiya və Türkiyəni sıxışdırmaq üçün Dədəağacda baza quran Pentaqonun Egey dənizindəki qeyri-hərbi statuslu, lakin Yunanıstan tərəfindən silahlandırılmış bəzi adalardan istifadə üçün icazə istəyəcəyi qeyd olunur.
ABŞ Türkiyə sərhədindən 40 km aralıda yerləşən Dədəağac limanını genişləndirib və böyük hərbi gəmilərin yerləşə biləcəyi bir baza yaradıb, bu baza vasitəsilə Balkanlara minlərlə tank və hərbi maşın göndərib. ABŞ və Yunanıstan Dədəağacın istifadəsinə dair müqaviləni daha 5 il uzadacaqlar.
Amerikanın əvvəlki razılaşmalara əlavə olaraq bəzi adalarda varlığını təmin etmək istədiyi bir vaxtda Yunanıstanın Xarici İşlər naziri Nikos Dendiasın oktyabrda Vaşinqtona səfər edəcəyi vurğulanır.
Pentaqonun istifadə etmək istədiyi adalar 1923-cü il Lozanna Sülh Müqaviləsində müəyyən edilmiş qeyri-hərbi statusa malikdir və bu adalarda məhdud sayda hüquq-mühafizə orqanlarından başqa hərbçilərin olması da Lozanna anlaşmasının pozulmasıdır.
Əlavə olaraq, 2020-ci ilin sentyabr ayından bu yana elan olunan 10-dan çox Navtex ilə bu qanunsuzluqlara diqqət çəklilərək, adıçəkilən dörd ada da daxil olmaqla 12 adanın dərhal tərksilah edilməli olduğu bildirilib.

Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 19-09-2021 12:55
Baxış sayı: 4205Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30

.jpg)