Reklam
İran yük maşınları yolda qaldı: ödəniş edə bilmirlər... - Video
16-09-2021 17:05

Ermənistanın Gorus şəhərində onlarla İran yük avtomobili toplanıb.
Dalidag.az.xəbər verir ki, bu məlumatı erməni mediası yayıb. Məlumata görə, onlar Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolundan istifadə edə bilmirlər. Belə ki, iranlı sürücülərin pulu olmadığı üçün onların Azərbaycan gömrüyünə ödəniş edib, yoldan istifadə edə bilmədiyi vurğulanıb.
Erməni mətbuatı Qubadlı yaxınlığında dayandırılan İran yük avtomobillərindən yoldan istifadə üçün 100 dollardan 300 dollara qədər ödəniş tələb edildiyini yazıb.
Bununla belə bəzi iranlı sürücülərə yoldan istifadəyə izn verildiyi, amma onlardan geri dönüş zamanı hər iki tərəf üçün ödənişin alınacağı bildirilib.
Sürücülər Ermənistan polisi və Milli Təhlükəsizlik Xidmətinin Tatev yolundan istifadə etməyi təklif etdiyini, amma təklifi qəbul etmədiklərini qeyd ediblər. Çünki buradakı yol bərbad və dar olduğundan, böyük yük maşınlarının hərəkəti mümkünsüzdür. Hətta təklifi qəbul edib, yoldan istifadə edən yük avtomobilləri qəzaya düşüblər.
“Sputnik Ermənistan”a danışan sürücülərdən biri Azərbaycan postunda ödənişi dramla etmək istədiyini, amma polisin bununla razılaşmadığını bildirib. O, polisin ödənişi ya dollar, ya da Azərbaycan manatı ilə etməyi tələb etdiyini söyləyib./axar.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 16-09-2021 17:05
Baxış sayı: 4280Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























