Ötən il dünyasını dəyişən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovla 2020-ci ilin avqustunda İstanbulda qətlə yetirilən "Lotu Quli" ləqəbli "Qanuni oğru" Nadir Səlifov eyni həbsxanada cəza çəkiblər.
Dalidag.az xəbər verir ki, həmin müddətdə Səlifovla Həmidov arasında maraqlı dialoqlar olub.
Bu barədə sabiq məhkum söhbət edərkən bildirir ki, "Lotu Quli" ilə İsgəndər Həmidovun bir-birinə qarşı hörməti vardı:
"Deyim ki, Həmidov məhkumlar arasında nüfuzlu idi. Keçmişində "paqon" daşımasına görə onun oğru dünyasındakı yeri başqa idi. Kiminsə taleyinin həll olunmasına dair müzakirələrdə iştirak edə bilməzdi. Çünki "katyol"da oğru mandatı yox idi. Kriminal baxımdan olmasa da, siyasi baxımdan avtoritet idi. Ona hamı hörmət bəsləyirdi. Çünki nazir olduğu vaxt 701 nəfəri azadlığa buraxmışdı. İsgəndər Həmidovun olduğu korpusda heç kim karserə salınmır, "sutka" yatmırdı. O, məhkumları qoruyurdu. Bir dəfə gördü ki, tanınmış məhkumlardan birinin ərzağı həddindən artıq çoxdur. Bunu bir həftəyə yeyib qurtara bilməz, ərzaq xarab olacaq. O, həmin ərzaqları götürüb ehtiyacı olanlara payladı. Ərzağın sahibi olan məhkum isə etiraz etdi. Dedi ki, "bu hərəkətin adı nədir?" İsgəndər Həmidov cavab verdi ki, "adamlar orda acından ölür, sən burda ərzağı xarab edirsən".
Qobustan həbsxanasında olanda bir dəfə "gəzintidə" maraqlı bir söhbət eşitdim. O başa, bu başa addımlayırdıq. Birdən İsgəndər Həmidov dedi ki, filan kameraya 20 şirvan pul göndərmişəm, xəstələri var. "Lotu Quli" də qayıtdı ki, "niyə elə etmisiz, bəy? Axı ora "praqon" altındadır. Ora "obyavka" olunan "qad"ların kamerasıdır".
Maraq üçün bildirək ki, "obyavka" məhbusların statusunun bəyan edilməsidir. Zonda bəzi məhbusları "qad" adlandırırlar. Onlarla ünsiyyətə girmək olmaz. İsgəndər Həmidov da bunu bilə-bilə onlara pul göndərmişdi. "Quli" elə deyəndə, Həmidov bildirdi ki, "mən "paqon" olmuşam, oğru deyiləm. Adam xəstədirsə, yardım etmək lazımdır".
Qeyd edək ki, İsgəndər Həmidov 1992-ci ilin avqust-oktyabr aylarında 701 məhbusu həbsdən azad etdiyinə, "İstiqlal" qəzetinin redaktor və əməkdaşlarını döydüyünə, 400 min dollarlıq mənimsə ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa çıxmışdı.
Nadir Səlifovun son cəzasının müddəti isə 15 il idi. Ümumilikdə ömrünün 20 ilini dəmir barmaqlıqlar arasında keçirən "Lotu Quli", 2017-ci ildə azadlığa çıxmışdı."kriminalqafqaz"
Reklam
İsgəndər Həmidovun həbsxanada “Lotu Quli” ilə dialoqu
15-09-2021 17:18
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-09-2021 17:18
Baxış sayı: 3428
Yazı axını
09 / 01 / 2025
09 / 01 / 2025
08 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
07 / 01 / 2025
06 / 01 / 2025
05 / 01 / 2025
03 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
02 / 01 / 2025
01 / 01 / 2025
01 / 01 / 2025
31 / 12 / 2024
31 / 12 / 2024
31 / 12 / 2024
29 / 12 / 2024
28 / 12 / 2024
28 / 12 / 2024
27 / 12 / 2024
26 / 12 / 2024
26 / 12 / 2024
25 / 12 / 2024
25 / 12 / 2024
Ən çox oxunanlar