Ağır yaralanan daha 3 qazimiz "YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilib.
Dalidag.az bildirir ki, fonddan milli.az-a verilən məlumata görə, Süleymanlı Aqil Akif oğlu, Əliyev Çingiz Yaquf oğlu, Səlimzadə Tural Vasif oğlu Türkiyədə müalicə olunacaqlar.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
"YAŞAT" Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.
Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 126 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 73-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.
Reklam
Daha üç qazimiz müalicə üçün Türkiyəyə göndərilib - ŞƏKİL
01-09-2021 10:58

Kateqoriya: Sosium
Tarix: 01-09-2021 10:58
Baxış sayı: 3309Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15






























